Köhnə "təhsil triosu" iş başında

05.07.2014 - 15:12

Misir Mərdanov-Qulu Novruzov-Elmar Qasımov üçlüyü nurçuların təhsil müəssisələrini xilas etməyə girişibMisir Mərdanov-Qulu Novruzov-Elmar Qasımov üçlüyü nurçuların təhsil müəssisələrini xilas etməyə girişib
Azərbaycan Beynəlxalq Təhsil Kompleksində cəmləşmiş “Araz” kurslarının, ümumtəhsil məktəblərinin və digər qurumların fəaliyyəti dayandırıldıqdan sonra nurçular (“Gülənçilər”) tərəfindən onların xilas edilməsi ilə bağlı ciddi cəhdlər göstərildiyi barədə məlumatlar dolaşmaqdadır. AzPolitika.info-ya daxil olan xəbərdə bildirilir ki, Təhsil Nazirliyinin keçmiş rəhbərliyi də bu istiqamətdə aktiv fəaliyyətə keçib.
Məlumata görə, bu günlərdə keçmiş təhsil naziri Misir Mərdanov və onun müavinləri olmuş Qulu Novruzov və Elmar Qasımov görüşərək nurçu məktəblərin və hazırlıq kurslarının xilas edilməsi məsələsini ətraflı müzakirə ediblər. Qərara alınıb ki, “Araz” kurslarının müəllim-tələbə heyəti, həmçinin texniki personalı bütünlüklə onların himayəsində olan “Hədəf” hazırlıq kurslarına köçürülsün. Bu məqsədlə “Hədəf”in yeni filialının yaradılması və onun texniki təchizatı məsələləri də müzakirə obyekti olub. Hazırda “Hədəfin” 4-ü Bakıda, biri Sumqyıtda və biri Xırdalanda olmaqla, 6 filialı fəaliyyət göstərir. Yeni yaradılması nəzərdə tutulan filialın sayca 7-ci olacağı gözlənilir. Qeyd edilib ki, “Araz” kurslarının rəhbərliyi də bu plan haqqında məlumatlandırılaraq hərəkətə gətirilib.
Redaksiyamıza daxil olan məlumatda o da bildirilir ki, Misir Mərdanov təhsil naziri işləyən zaman nurçuların təhsil müəssisələrinin fəaliyyətinə, əhatəsinin genişlənməsinə hərtərəfli dəstək göstərib və onları himayə edib. Bu dəstək heç də təmənnasız olmayıb və nurçuların rəhbərliyi tərəfindən yetərincə qiymətləndirilib. Lakin hazırkı durum təkcə nurçuları deyil, həm də onların himayədarlarını çətin vəziyyətə salıb. Belə ki, M.Mərdanovun, Q.Novruzovun və E.Qasımovun üzərinə ən azı “Araz” kurslarının xilas edilməsi ilə bağlı öhdəlik qoyulub. Hazırda “üçlük” bir tərəfdən ölkə rəhbərliyinin diqqətini cəlb etməmək, digər tərəfdən də öhdəliyi icra etmək üçün daha təhlükəsiz variantları nəzərdən keçirir.
Qeyd edək ki, ötən ayın ortalarında Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibində cəmləşmiş “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyətini dayandırıb. ABTK-nın 1 gimnaziya, 11 lisey və 1 Beynəlxalq İstedadlar Kompleksi fəaliyyət göstərib. Bu quruma daxil olan Qafqaz Universiteti barədə hər hansı qərarın qəbul olunub-olunmayacağı isə bəlli deyil.

“AzPolitika”

Short URL: http://www.cumhuriyyet.net/?p=9257

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31