Bakı-Göyçay yolunda görünməmiş tıxac: mindən çox maşın yolda qalıb

05.07.2014 - 18:16

Göyçay rayonu ərazisində böyük avtomobil tıxacı yaranıb, nəqliyyatın hərəkəti iflic olub.
 
APA-nın
yerli bürosunun məlumatına görə, bu gün səhər saat 09:00 radələrindən
başlayaraq Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən
hissəsində 4 kilometr uzunluğunda avtomobil tıxacı yaranıb. Mindən çox
avtomobilin tıxacda qalmasına səbəb yolda aparılan yenidənqurma
işləridir.
Sürücülər bildirir ki, bu yolda bir neçə aydır əsaslı
təmir və yenidənqurma işləri aparılır: “Hər gün yol çəkilişi ilə
paralel olaraq ərazidə avtomobillərin hərəkəti üçün də şərait
yaradılırdı. Bu gün səhər saatlarında yolda aparılan böyük qazıntı
işləri nəqliyyatın hərəkətini iflic edib”.
Hazırda
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayının üzərindən keçən
körpüsündə, eləcə də şəhərin 5 əsas giriş küçəsində, Göyçay-Qaraməryəm,
Göyçay-Ağdaş və Göyçay-Ucar yollarında uzun avtomobil tıxacı yaranıb və
bu proses davam edir. Yol polisi əməkdaşları ərazidə nəqliyyatın
hərəkətini tənzimləməyə çalışsalar da, hələ ki nəticə yoxdur. Saatlarla
avtomobildə oturub gözləyən sürücülərin bir çoxu maşını tıxacda
saxlayaraq ərazidən gedib. Bu da yolun açılmasına mane olur. Sakinlər
yolda qazıntı işləri aparan podratçı tikinti şirkətinin texnikalarının
ərazidə olmasına baxmayaraq, işçilərin orada olmamasından və yolun
açılması üçün lazımi işin aparılmamasından şikayətlənirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=9264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31