Erməni kəşfiyyatçıdan terror hədəsi

05.07.2014 - 21:33

Vova Vardanyan adlı birisindən Türkiyə və Azərbaycana qarşı “mina müharibəsi” təklifi

“Ermənistan öz qonşuları Türkiyə və
Azərbaycana qarşı “mina müharibəsi”nə başlamalıdır”. Məlumata görə, bu
sözləri özlərini dünya ictimaiyyətinə əzilmiş, hüquqları tapdalanmış
xalq kimi təqdim etməyə çalışan ermənilərin Vova Vardanyan adlı
kəşfiyyatçısı deyib. Bu erməni kəşfiyyatçı Türkiyə və Azərbaycana qarşı
mübarizə aparmaq üçün sərhəd zonasına minalar basdırılmasını təklif
edib. “Türk çobanlar çox zaman heyvan sürülərini qaytarmaq üçün bizim
ərazilərimizə keçir. Qoy onların heyvanları, çobanları minaya düşərək
partlasınlar. Yalnız bu cür üsulla qonşularımızın aqressiyasının
qarşısını ala bilərik”.
Bundan sonra kəşfiyyatçı bir az da irəli
gedərək Azərbaycana qarşı hücuma keçməyin vacibliyindən danışıb. O,
bildirib ki, indi Naxçıvanla sərhəd zonası yeni gərginlik ocağına
çevrilib. “Ermənistan müdafiə olunmaqdansa hücum mövqeyi tutmalıdır”.
İmkan düşən bütün beynəlxalq tribunalarda Azərbaycan və Türkiyənin
ermənilərə qarşı dözümsüzlük nümayiş etdirdiyini iddia edən erməniləri
elə öz kəşfiyyatçıları ifşa edib. O, Türkiyə və Azərbaycanı Ermənistanın
əbədi düşməni elan edib. “Ankara ilə İrəvan, eləcə də Bakı ilə İrəvan
arasında dostluq mümkün deyil. Türklər və azərbaycanlılar bizim daimi
düşmənimizdir. Onlar daim aqressor olaraq qalacaqlar. Əgər biz passivlik
nümayiş etdirsək sərhəd zonasında yaşayan əkinçilərimiz sahəyə
əllərində silah, qarşı tərəfdən açılan atəşdən gizlənməklə çıxacaqlar”.
Erməni
kəşfiyyatçının bundan sonra dedikləri isə şok effekti doğurur. O,
Ermənistanın böyük bir təxribatçı ordusunun formalaşdırılmalı olduğunu
deyib. “Biz çalışmalıyıq ki, Türk ordusunu İstanbuladək dalana dirəyək”.
Bəli erməni kəşfiyyatçının bu sözləru yaralı çaqqalın hərəkətinə
oxşayır. Bu vəhşi heyvan da həmişə yaralı olanda ətrafa daha çox ziyan
vurmağa çalışır.
Ancaq xəbərdə digər bir məqam diqqəti cəlb
edir. Hansısa Vova Vardanyan adlı erməni kəşfiyyatçı Ermənistan-Türkiyə
sərhədlərinin açılması xəbərləri yayıldıqdan bir gün sonra mətbuat
konfransı təşkil edərək iki qonşu ölkəyə qarşı açıq terror hədəsi ilə
çıxış edir. Sözsüz ki, bu çıxışın sifarişçiləri Ermənistanın Türkiyə və
Azərbaycana qarşı istənilən güzəştin əleyhdarlarıdır.
Erməni rəsmilərin bu terror hədələrinə nəcə reaksiya göstərəcəkləri maraq doğurur. (anspress.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=9270

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31