Türkiyədə "paralel dövlət" hələ də aktualdır

05.07.2014 - 22:06

Ərdoğan: “Qətiyyən bu “paralel dövlət”in qurduğu tələyə düşməyin”

Ərdoğan: “Qətiyyən bu “paralel dövlət”in qurduğu tələyə düşməyin”

 

Türkiyədə paralel dövlət məsələsi hələ də aktualdır.ANS
TV-nin məlumatına görə Türkiyə prezident seçkilərinin beş
addımlığındaykən, baş nazir Rəcəb Tayyib Ərdoğan yenə də paralel dövlət
məsələsini gündəmə gətirməklə ölkəsi üçün mövcud təhlükənin hələ də
qalmasına işarə edib.

Ankarada çıxışı zamanı paralel dövlət sistemini tənqid edən Ərdoğan
bildirib ki, ölkəni gizli yollarla idarə etməyə çalışan qurumlar,
əslində dövlətin parçalanmasına çalışan qüvvələrdir.

“Qətiyyən bu “paralel dövlət”in qurduğu tələyə düşməyin. Çox
diqqətli olmaq lazımdır. Ölkənin milli təhlükəsizliyini riskə atan bu
sistem öz kirli məqsədlərini həyata keçirmək üçün inancımızdan
sui-istifadə etdi. Törətdikləri əməllərin bir faydası olmadı. Onlar
əməllərinə görə cavab verəcəklər. Hələlik isə istədikləri qədər lovğalıq
edə bilərlər. Biz kəfənimizi geyinərək yola çıxmışıq”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyədə “paralel dövlət” termini ötən ilin dekabrında – rüşvət və
korrupsiya əməliyyatı zamanı gündəmə gəldi. AKP iqtidarını silkələyən bu
hadisələr dövlətin başı üzərindən həyata keçirilincə, hökümətdəkilər də
necə deyərlər, barmağını dişlədilər. Çünki proseslər Qərb
texnologiyaları ilə həyata keçirildi və ona görə də Türkiyədə yer
yerindən oynadı. Baxmayaraq ki, o vaxta qədər də tək Türkiyə yox, həm də
dünya mediasında, hətta məşhur Vikiliks saytında belə Fətullah Gülən
hərəkatının Türkiyəni ictimai və siyasi arenasına nə dərəcədə nüfuz
etdiyi müzakirə edilirdi.

2009-cu ildə ABŞ-ın Türkiyədəki sabiq səfiri Ceyms Franklin Cefri
belə yazırdı: “Fətulalh Gülən hərəkatı Türkiyə hökümətinin bütün
idarəçiliiyni əlinə alıb. Türkiyə polis idarəsində çalışan 200 min polis
əməkdaşı Gülən tərəfdarlarını qorumaq üçün əlindən gələni etməyə
hazırdır”.

Bəli, biz bunu aralarında nazir övladları, məmurlar, iş
adamları da olmaqla 50-dən yuxarı vəzifəli şəxsin həbsində açıq-aydın
müşahidə etdik. Amma Türkiyə höküməti bu açıq savaşdan hələlik qalib
ayrıldı. Həbs olunanlar azad edildi, əvəzində Türkiyə höküməti dövlət
qurumlarındakı Gülənçilərin ovuna başladı. Dərshanələr bağlandı və
maraqlıdır ki, bu proseslər Azərbaycandan da yan keçmədi. Ərdoğanın
ölkəmizə gəlişindən sonra adı nurçuluqda hallandırılan vəzifə adamları
vəzifədən götürüldü, türk litseyləri bağlandı və Ərdoğan bunu öz
ölkəsində bu şəkildə diqqətə çatdırdı.

Görünür, iş hələ tamam deyil. Çünki tam olsaydı, Ərdoğan bu məsələni
qatlayıb bir küncə qoyardı. Amma o, hələ də hər fürsətdə paralel
dövlətdən və onun qorxulu tərəflərindən danışır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9274

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31