Ukraynadakı müharibəni Yanukoviç maliyyələşdirir

05.07.2014 - 22:16

“200-cü yük” və bu yükə dəxli olmayanların aqibəti

Ukrayna əks-kəşfiyyatının bilgilərinə görə, indi bu ölkənin
ərazisində vuruşanların əksəriyyəti Rusiya Federasiyasının
vətəndaşlarıdır. Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri
Tımçuk bildirir ki, Rusiyanın Don və Kuban rayonlarında muzdluların
kütləvi səfərbərliyi haqqında ilk məlumatlar aprelin sonu mayın
əvvəllərində alınıb. “İlk muzdlular partiyası o qədər də böyük deyildi.
Sayları təqribən, 300-350 nəfər idi, amma bu dəstə Donbasda silahlı
müqaviməti təşkil etmək üçün yetərli idi. Çünki onlar xüsusi təyinatlı
hərbi hissələrdə xidmət keçənlərdən ibarət idilər.” Çox qısa müddət
ərzində Rusiya hərbi komissarlıqlarında toplanan, təşkil edilən və
Ukrayna ərazisində formalaşdırılan bu müzdluların sayı 10 min nəfərə
qədər artdı və əsl müharibə başladı. 10 min nəfərdən ən azı 3 min nəfəri
Rusiya vətəndaşıdır. Bunların ən azı üçdə biri əsl peşəkarlardır ki,
hər döyüş gününə görə min ABŞ dolları həcmində mükafat alırlar. Yerli,
ukraynalı separatçılar isə daha az- gündə 400 grivna (40 dollar)
alırlar. Ən aşağı qiymətləndirilən “döyüşçülər” hərbi təcrübəsi
olmayanlardır ki, onlar döyüş zonasına, məsələn, inşaat işinə gedirmiş
kimi, aylıq maaşa görə gedirlər.

Aydındır ki, Rusiya Hərbi komissarlıqlarında döyüş təcrübəsi olan RF
vətəndaşlarının siyahısı var. Birbaşa səfərbərlik işləri isə müxtəlif
veteran birlikləri, Avrasiya Gənclər Birliyi və sadəcə, sosial şəbəkələr
vasitəsilə həyata keçirilir. Ukrayna Təhlükəsizlik Xidmətinin
məlumatına görə bu səfərbərlik əsasən, iki yerdə mərkəzləşir: Moskvada
və Rostovda. Rostovun ucqar ərazisində isə səfərbərliyə alınan muzdlular
üçün xüsusi təlim bazası yaradılıb. Buradan onları Donbasa gətirirlər.
Rusiyadan olan muzdluları bir də dəniz yolu ilə gətirirlər. Kerç
boğazından Krıma, oradan isə xırda qayıqlarla Mariupol səmtindən Ukrayna
ərazisinə. Muzdluların ikinci yolu Rusiyanın Luqansk vilayəti ilə
sərhədləridir. Ukraynanın Rusiya ilə 1,8 min kilometrlik sərhədlərinin
heç də bütün yerlərinə etibarlı nəzarət olunmur. Hər 100 kilometrə 60
nəfərlik sərhədçi təhkim edilir.

Ukrayna Təhlükəsizlik Xidməti muzdlulara sərf edilən maliyyə
vəsaitlərinin mənbəyini də dəqiqləşdirib. Bu pullar Viktor Yanukoviçin
və onun ətraında olanların Ukraynadan oğurladıqları vəsaitlərdir. Bu,
sadəcə olaraq, şayiə deyil, təsdiq edilmiş faktlardır. İndi Ukrayna bu
məsələ ilə- Yanukoviçin qanunsuz hərbi əməliyyatları maliyyələşdirməsi
faktları ilə bağlı Haaqa tribunalına müraciət etmək üçün sənədlər
üzərində işləyir. Yanukoviçin yaxın ətrafında olanlardan isə Ukrayna
Təhlükəsizlik Xidmətinin sabiq şefi Yakimenko və sabiq baş prokuror
Viktor Pşonko xüsusilə fəallıq göstərirlər. Prezident
Administrasiyasının sabiq rəhbəri Sergey Paşinskinin bildirdiyinə görə
Putinin Ukraynanın bir hissəsini ələ keçirmək planı çoxdan mövcud idi.
“Bir il əvvəl Putin bu planı təsdiq etmişdi və həmin plana görə Rusiya
Xarkovdan Odessaya qədərki Ukrayna torpaqlarını Rusiyaya birləşdirməli
idi”. Əks kəşfiyyatın məlumatları bu faktı təsdiq edir və əlavə olaraq
bildir ki, hələ bir il bundan əvvəldən başlayaraq RF Baş Kəşfiyyat
İdarəsi Krımın baş naziri Aksenovun davranışlarını tam nəzarət altında
idarə etməyə başlayıb. Donbasda da təqribən belə bir vəziyyət
yaranmışdı. Orada baş rolda olan Strelok ləqəbli, QRU-nun zabiti olan
İqor Qirkinin və onun sağ əli İqor Bezler çoxdan fəallaşdırılmışdı.

Rusiayada hesablamışdılar ki, bu “hibrid” müharibə Ukraynanın ən
yüksək hazırlığı şərtinə inansaq, birinci mərhələdə, ən azı bir ay yarım
çəkə bilər. Bu müddətdə isə Rusiya müxtəlif təxribatlar üçün geniş
planlar həyata keçirərək müharibəni 6 aydan bir neçə ilə qədər uzatmaq
imkanı qazanza bilərdi.

Amma deyəsən planlar baş tutmadı. İndi Rusiyada hazırlanaraq
Ukraynaya atılan muzdluların ən azı yarısından çoxu geri göndərilib:
“200-cü yük” adlandırılan dəmir qutularda. Təbii ki, rəsmi Koskva bu
yükləri bütün mümkün vasitələrlə öz vətəndaşlarından, hətta
öldürülənlərin qohumlarından da gizlətməyə çalışır. Yerdə qalanlar isə
bu günlərdə qutulara ehtiyac olmadan qablaşdırılırlar: öldürülən
muzdluların döyüş yoldaşları onları xüsusi mərasimlə dəfn etməyə macal
tapmırlar və buna ehtiyac da görmürlər. Başqa bir qism isə dəstə-dəstə
təslim olurlar və əsir alınırlar. Ukrayna mətbuatının materialları
əsasında azadliq.info

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9275

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31