Leyla Yunus NİDA-çılara rejimin çöküşündən yazdı

06.07.2014 - 01:37

Bu hakimiyyətin xərabəsinin üstündə adınız yazılacaqdır…

Bu hakimiyyətin xərabəsinin üstündə adınız yazılacaqdır… 

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həbsə olan NİDA-çılara məktub ünvanlayıb:

Əziz Rəşadət, Məmməd, Zaur, Rəşad, Uzeyir, Şahin, İlkin, Ömər, Əbdul! 

Bilmirəm bu məktub Sizə çatacaq ya yox, ancaq çoxdandır Sizə çox sağ ol demək istəyirdim! 

Çox sağ olun ki, Siz varsınız – belə güclü, cəsarətli, vicdanlı və olduqca gözəlsiniz! 

Bu gün bunu heç də hamı dərk etmir, ancaq məhz gənc və güclü olan
Sizlər XXI əsr Azərbaycanın tarixini yazırsınız. Ata və oğul Əliyevlərin
minlərlə plakatları, Heydər Əliyevin yüzlər heykəlləri deyil, məhz
Sizlər – Azərbaycanı insanları qula çevirən işğalçı, kriminal Əliyev
rejimindən azad etmək uğrunda mübarizə aparanlar ölkənin tarixində
qalacaqsınız.

Spartakı, Babəki, Robespyeri, Soljenitsini, Nelson Mandelanı yadda
saxlayıblar. Ancaq yalnız tarixçilərin bu qəhrəmanların kimlərə qarşı
mübarizə apardığını xatırlayır. 

Sizə münasiətdə olduqca sərt hökmlər hakimiyyətin Sizin cəsarətiniz
və vətəndaş mövqeyiniz qarşısında dəhşətli qorxusunu aydın nümayiş
etdirir. Nəyə görə hakimiyyətdə olanlar gənclərin açıq etirazlarından,
Sizin fəallağınızdan qorxdu? Onlar kor deyil. Onlar xalqın rejimə qarşı
nifrətində yaxşı xəbərdardılar. Onlar korrupsiyalaşmış “çiçəklənən”
Azərbaycanda tam hüquqsuz qul kimi yaşayan vətəndaşların hansı ağrı və
acı keçirdiyi anlayır.

Sözsüz ki, İ.Əliyev dünya birliyi ilə – Rusiya, İran, Türkiyə ilə
razılığa gəlir. Ukraynada Avropa və ABŞ-ın Rusiya ilə sərt qarşıdurma
dövründə İ.Əliyev hesab etdi ki, ona müxalifət partiyalarını, müstəqil
KİV-i, vətəndaş cəmiyyəti institutlarını tamamilə məhv etmək üçün imkan
verilir. Fərqli düşünənlərə qarşı iri miqyaslı hücuma keçən rejim iki
variant təklif edir: ya əyilin, ya da repressiyaya uğrayacaqsınız.
Tiranların çoxəsrli tarixində dəfələrlə təkrarlanan situasiyadır. 

Gənc yaşlarında Makareviç gözəl “Dəyişkən dünyaya əyilməyin…”
mahnısını ifa edirdi, lakin çox az adam duruş gətirir və əyilmir. Özü də
çox vaxt kamerada, işgəncə altında, uzun müddət həbs alanda yox, sadəcə
komfort şəraitə təhlükə hiss edəndə, kömək təklifi alanda –
“simalarını” hətta mövqelərini saxlamaq, ancaq daha konstruktiv olmaq,
dialoqa və hakimiyyətlə əməkdaşlığa, siyasi məhbus problemi (siyasi
məhbusların mövcudluğu prezident dəfələrlə inkar edib) ilə bağlı birgə
komitələrin yaradılmasına, vahid və real (yəni azsaylı) siyasi məhbus
siyahılarının hazırlanmasına razılıq verəndə əyilirlər. 

Ətraffda belə əyilmiş belləri, oynayan gözləri görəndə Sizin başınızı
uca tutmaqla sarsılmaz mövqeyiniz və haqlı olmağınıza əmin baxışınız
qürur hissi doğurur. 

Sizin valideynləriniz, analarınız gözəl oğullar böyüdüblər! Total
yaltaqlıq şəraitində onlar vicdanlı və ləyaqətli adam tərbiyə ediblər. 

Siz elə bir cəsarət və mənəvi güc göstərdiniz, rejimi elə bir
panikaya saldınız ki, onlar sərt hökm çıxarandan sonra da cavan uşaqlara
təzyiq etməkdə davam edir. Onlar cəmiyyətə, gənclərə “əyilmək”
nümunəsini nümayiş etdirməklə göstərmək istəyir ki, kameraya salınmış
gəncə də tiranın şərəfinə mahnı oxutdura bilərlər. 

Tiraniya və diktatura tarixləri belə məcburiyyətlərlə boldur.
İşgəncəyə dözməyən uşaqlara, valideynlərin göz yaşlarına görə utanmaq
lazım deyil. Qoy köməksizləri əzən və onları təhqir edənlər, Əliyev
rejiminin bu nökərlərini tərbiyə edən valideynlər utansın. Axı bu
insanlıqdan məhrum olanların da valideynləri, ailəsi, uşaqları var… 

Təxminən iki yüz il əvvəl deyilib: 

Yoldaş, inan mənə, deyirəm sənə 

Bir gün səadətin cazib ulduzu 

Doğacaq, Vətənim ayılacaqdır! 

Onda mütləqiyyət xərabəsinin 

Üstündə adınız yazılacaqdır.

Leyla Yunus

Short URL: http://www.cumhuriyyet.net/?p=9286

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31