İŞİD liderini gizlədir

06.07.2014 - 10:52

İraq: “Xütbə oxuyan şəxs İŞİD lideri deyil”

İraq: “Xütbə oxuyan şəxs İŞİD lideri deyil” 

İraq hökuməti İŞİD lideri Əbubəkr əl Bağdadiyə aid olduğu iddia edilən görüntülərin saxta olduğunu iddia edib.

 

Cumhuriyyet.az axar-a istinadən xəbər verir ki, Daxili İşlər
Nazirliyinin sözçüsü general Saad Maan açıqlamasında qəti şəkildə
bildirib ki, bu gün yayımlanan görüntülərdə xütbə oxuyan şəxs Bağdadi
olmayıb.

Nazirlik nümayəndəsi Bağdadinin bir neçə gün əvvəl təşkil edilən hava
hücumunda yaralandığını və müalicə üçün Suriyaya aparıldığını
vurğulayıb.

Qeyd edək ki, bu gün internetdə yayılan görüntülərdə İŞİD lideri
Əbubəkr əl Bağdadi olduğu iddia edilən şəxs xütbə oxuyaraq müsəlmanlara
müraciət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31