Prezident əhaliyə iftar verdi

06.07.2014 - 11:05

AKP-dən prezidentliyə namizədliyi
irəli sürülən, baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Samsun
şəhərində təşkil etdiyi mitinq sonrası samsunlularla iftar süfrəsində
iştirak edib. 

ANS PRESS-in
məlumatına görə, baş nazir və prezidentliyə namizəd Rəcəb Tayyib
Ərdoğan, Mustafa Kamal Atatürkün 19 May 1919 tarixində Qurtuluş
mübarizəsinin başlatmaq üçün Samsuna ayaq basdığı Tütün lövbərində
təxminən 30 min nəfər adamla iftarını açıb. 

Samsun
Respublika Meydanındaki mitinqdən sonra Samsun valisi Hüseyn Aksoyu
ziyarət edən baş nazir Ərdoğan, daha sonra iftara qədər istirahət edib.
Top partladılandan təxminən 3-4 dəqiqədən sonra Qurtuluş Yoluna gələn
Baş nazir Ərdoğanı vətəndaşlar ayaqda alqışlayıb. 

İftar
yeməyini yedikdən sonra Samsunlulara xitab edən baş nazir Ərdoğan,
“Prezident seçkisi əvvəli sizlərlə bir yerdə olduq. İndi iftar
süfrəsində sizlərlə birlikdəyik. Fərqli bir səfərin içərisindeyik. Bu
səfər ilk dəfə millətin, ölkənin öz başçısını seçəcəyi bir seçki
yoludur. Bu seçki səfərində inanıram ki, Samsun o qurtuluş mübarizəsində
necə bir ilk addım oldusa, bunda da yenə bir ilk addım olacaq və
fərqliliyini ortaya qoyacaq. Siz 30 martda onsuz da fərqliliyinizi
ortaya qoydunuz. İnşallah bu yalnız 30 martın davamı deyil, 2015-ci il
üçün bir işarə olacaq” deyən siyasətçi bir daha yüksək çıxış
qabiliyyətin göstərib.

“42 il xalqa ağalıq
üçün deyil, xidmət üçün çalışdıqlarını söyləyən baş nazir Ərdoğan, “Bizi
zəif salmaq istəyənlərə qarşı, siyasətlə xarici manevrlər edənlərə
qarşı biz bir olacağıq, böyük olacağıq, canlı olacağıq, özü olacağıq,
qardaş olacağıq, bütöv Türkiyə olacağıq. Həmd olsun təhsildə,
iqtisadiyyatda, sağlamlıqda, nəqliyyatda, ədalətdə, təhlükəsizlikdə
haradan haralara gəldiyimiz ortadadır. Unutmayın, bu ölkədə imam natiq
məktəblərində belə, qızlarımızın başı bağlı məktəblərə gedə bilmədiyi
yerlər var. Universitetlər elə idi. İndi belə bir şey qaldımı? 4+4+4 ilə
bir dəyişmə reallaşdırdıq. Artıq hicablı da, başı açıq da bütün təhsil
haqqlarından istifadə edir. Bu ölkədə bu azadlıqların önündəki maneə
qalxdı mı? Qalxdı. Burada iqtidarımızın məharəti sizlərin dəstəyi ilə
oldu. Sizlər bizə səlahiyyət verdiniz, bizdə bu səlahiyyəti səbrlə və
mətanətlə yerinə yetirdik. Bu ayrı-seçkiliyi edənlər kimdi görəsən?
Bunları sizlər çox yaxşı bilirsiniz. Bu ayrı-seçkiliyi edənlər utanmadan
sıxılmadan bizə ayrı-seçkilik şəri atırlar. Bunu onsuz da xüsusilə
millətim, vətəndaşlarımızın, qardaşlarımın inanmadığı üçün bu oyunlar
millətimə təsir etmədiyi üçün 30 martda da siz onlara ən gözəl cavabı
verdiniz. Paralel quruluşuyla, Pensilvanyasıyla “CHP”si, “MHP”si hamısı
bir araya gəldilər. Biz xalqa ağalıq üçün çalışmadıq, xidmət üçün
çalışdıq. Həmd olsun xalqa xidmət bizim gücümüz oldu. Çünki biz bilirdik
ki, xalqa xidmət haqqa xidmətdir. Bunun da bərəkətini gördük. Çox
böhtanlar atdılar. Bundan sonra da atacaqlar. Çünki meyvəsi yeyilən ağac
daşlanar. Bunlar çox təhqirlər edəcəklər, lakin bunu bilmələrini
istəyirəm ki, biz o təhqirlərə o dillə cavab verməyəcəyik. Onlara o
dildən cavab verəcək olanlar çıxar” – deyə baş nazir bildirib. 

Baş
nazir çıxışından sonra iftara gələn daun sindromlu bir uşağı yanına
çağırıb. Bir müddət onunla söhbət edən baş nazir Ərdoğan, “Mən səni
sevirəm bilirsənmi? Sən nə qədər sevirsən? Bir göstər baxaq” deyib. Daun
sindromlu uşaq da mikrofonu əlinə alaraq, “Hörmətli baş nazirimiz Rəcəb
Tayyib Ərdoğan ilə yola davam” şüarını çatdırıb.

 
 
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=9291

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31