Azan tez oxundu, minlərlə oruc batil oldu

06.07.2014 - 11:20

Türkiyənin şimalında yerləşən Kastamon şəhərinin Tosya kəndində Ramazan
qalmaqalı yaşanıb. ANS PRESS-in məlumatına görə, mərkəzi sistemlə azan
oxunan mahalda, saat 20:28-də oxunması lazım olan axşam azanı, imamın
səhvi ucbatından 20.18-də oxunub və arxasından Ramazan topu atılıb.
Bunun ardınca bir çox vətəndaş vəziyyətin fərqinə varmadan orucunu açıb.
Ancaq 10 dəqiqə sonra təkrar azan oxunması və topun atılmasıyla
vətəndaşlar arasında qarışıqlıq yaşayıb.
Tosya müftisi Mehmet Korkmazın bildirdiyinə görə, azanın 10 dəqiqə tez
oxunmasının səbəbi, buna boyun olan şəxsin saatı səhv salması ilə
əlaqədar olub.
Qeyd edək ki, bilmədən edilən səhv orucu batil etməsə də, vacib ayini yerinə yetirərkən diqqətli olmaq tövsiyyə edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9292

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31