İsa Qəmbər və Rəsul Quliyevlə yola getmədi

06.07.2014 - 13:48

Azərbaycanda yeni siyasi partiya yaradılıb.

Bu gün VHP-nin qərargahındakı akt zalında uzun illər Müsavat
partiyasının rəhbərliyində, daha sonra isə sabiq spiker Rəsul Quliyevin
təşkilatında yer alan Sülhəddin Əkbər yenidən təşkilatlanma prosesini
qurultay səviyyəsində davam etdirir. İndi onun təşkilatı Azad
Demokratlar Partiyası adlanır. Təşkilatda bir zamanlar Müsavat
Partiyasından gedən bir neçə şəxs də təmsil olunur.

İlk prosedur olaraq 198 nəfər qurultay üzvü qeydiyyatdan keçib.Təsis
qurultayı Azərbaycan himninin oxunması ilə başlayıb. Daha sonra say,
mandat komissiyasının üzvləri seçilib. İlk olaraq çıxış uçun söz Azad
Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbərə
verilib.

O, partiyanın nizamnaməsini, görülən işləri, gələcəyə dair planları
qurultay iştirakçılarının diqqətinə çatdırıb. Ardınca Tapdıq Abbas çıxış
edib.

Qurultayda səslənən məlumatlar əsasında yazırıq ki, partiya 2012 ci
ilin dekabrında yaradılıb. 51 rayonda bölmələrinin olması iddia edilir
(musavat.com).

Short URL: http://www.cumhuriyyet.net/?p=9295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31