Çin dünyanın ən böyük bəlasına qarşı müharibə başlatdı

06.07.2014 - 14:06

İnternetin kliniki pozğunluqla nəticələndiyini etiraf edən ilk ölkə
Çin Xalq Respublikası olub. Araşdırmalar göstərib ki, yaş kateqoriyası
baxımından internet əsirinə çevrilənlər daha çox gənclər və
yeniyetmələrdir. Çin hökuməti vəziyyəti nizamlamağı, gəncləri bu
asılılıqdan qurtarmağı qərara alıb.Bunun üçün dünyada analoqu olmayan
“islah” düşərgləri yaradılacaq.

Bir vaxtlar
fəaliyyət göstərən pioner düşərgələrinə çox az bənzəyən “islah”
düşərgələrində hərbçilər işləyəcək. Yeniyetmələr və gənclər hərbi
intizam rejimində bir sıra ağır fiziki və məişət tapşırıqlarını yerinə
yetirməli olacaqlar.
Bütün gənclər psixoloqla söhbətdən keçəcəklər. Onlara ciddi xəbərdarlıq
edilib. Yeniyetmələr və gənclər valideynlərinə sözsüz tabe
olmalıdırlar. Hər hansı tapşırığı yerinə yetirməkdən boyun qaçırmaq
olmaz. Əks halda cəzanı bütün qrup çəkəcək.
Bütün bunlarla yanaşı, “islah” düşərgələrində əyləncə saatları da
nəzərdə tutulub. Həmin saatlarda gənclərə ancaq Çin xalq rəqsləri
öyrədiləcək.
Çində yaxın vaxtlarda 250 belə “islah” düşərgəsi açmaq planlaşdırılır.(aktual.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=9299

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31