Vətəndaşlığı dəyişənləri həbs gözləyir
Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklərdən
sonra maraqlı mənzərə yaranıb. Qanunun 10-cu maddəsinə dəyişiklikdən
sonra xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1
ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat
verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanunun tələbini pozan şəxsləri iki ilə qədər həbs cəzası gözləyir.
Amma
baş verənlərdə maraqlı bir məqam ondan ibarətdir ki, hazırda ölkədən
xaricdə yaşayan və başqa ölkənin vətəndaşlığına keçməyi düşünən
soydaşlarımızın əksəriyyəti belə bir dəyişiklikdən xəbərsizdir. Heç belə
bir dəyişiklik barədə Azərbaycanda yaşayanlar belə yüksək səviyyədə
məlumatlı deyil. Belə olan halda hökumət bu məsələnin həllini necə
planlaşdırır?
Müzəffər
Baxışov: “Kiminsə başqa ölkənin vətəndaşlığını əldə etməsiylə bağlı
onun cinayət məsuliyyətinə cəlb edilməsi biyabırçı bir haldır”
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun
10-cu maddəsində əvvəl vurğulanırdı ki, Azərbaycan vətəndaşının başqa
ölkəyə mənsubiyyətini tanımır. Amma indiki halda isə bu maddə
dəyişdirilib və dəyişiklikdən sonra maddədə göstərilir ki, əgər
Azərbaycan vətəndaşı başqa dövlətin vətəndaşlığını əldə edirsə, bu haqda
müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Hələlik həmin
müvafiq orqanının hansı təsisat olacağı məlum deyil. Bu dövlət
başçısının sərəncamından sonra məlum olacaq. Belə bir orqan isə ya XİN,
ya da Miqrasiya Xidməti ola bilər: “Əgər bir ay müddətində Azərbaycan
vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etməsi barədə məlumat
verməsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Hesab edirəm
ki, bu çox məsuliyyətsiz bir addımdır. Kiminsə başqa ölkənin
vətəndaşlığını əldə etməsiylə bağlı onun cinayət məsuliyyətinə cəlb
edilməsi biyabırçı bir haldır. Çünki o əməllər cinayət sayılır ki, onlar
şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirsin. Cinayətin əsas
obyektləri şəxsiyyətə, cəmiyyətə və dövlətə zərər yetirmə sayılır. Əgər
Müzəffər Baxışov gedib hər hansı dövlətin vətəndaşlığını əldə edirsə,
onun bu hərəkəti şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirmir. Bu
hüququn prinsiplərinə uyğun olmayan bir qaydadır. Amma təəssüflər olsun
ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda belə bir
ifadə yer alıb”.
Milli
Məclisin payız sessyiasında bu məsələnin müzakirəyə çıxarılmasının
gözlənildiyini deyən M.Baxışov vurğuladı ki, Cinayət Məcəlləsinin 1.3
maddəsinə görə, cinayət məsuliyyətini nəzərdə tutan qanunlar yalnız bu
məcəlləyə daxil edildikdən sonra tətbiq edilə bilər. Ona görə də nə
qədər Azərbaycanın Cinayət Məcəlləsində bu məsələlərlə bağlı məsuliyyət
müəyyən edilməyib, qanun tam formada tətbiq oluna bilməz.
Qanunun
tətbiqi barədə məlumatlandırma isə M.Baxışovun fikrincə, Azərbaycanın
xarici ölkələrdəki konsulluqları, səfirlikləri vasitəsilə aparılmalıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9302