Pələng sərxoş adamdan qorxdu
olan bu pələngi o vəziyyətə çatdırıblar ki, o,qorxudan şoka düşüb.
Səbəb isə içkili vəziyyətdə olan bir kişinin çəpəri aşaraq, xəlvətcə 6
yaşlı Malış adlı pələngə yaxınlaşması olub.
Bu zaman pələng caynağları ilə kişinin üzərinə atılıb. Sərxoş isə
üzərində gəzdirdiyi silahdan havaya atəş açıb. Həmin kişi sonradan polis
tərəfindən saxlanılıb və tibbi müayinə üçün yerli xəstəxanaya aparılıb.
Zoopark işçisinin sözlərinə görə, insidentdən sonra pələngin bir neçə
saat tərpənmədən dayanıb. Özünə gəldikdən sonra isə daima təşviş
keçirir.
Deyilənə görə, yırtıcı heyvanın qəfəsinə daxil olmuş həmin kişi bundan
əvvəl də oxşar hərəkəti etməyə cəhd etsə də qarşısı alınıb. Bu
hərəkətini ‘pələngləri çox sevməsi ilə əsaslandırır. Onun bəxti onda
gətirib ki, “Malışın” qəfəsinə düşüb, çünki Malış yaşlı olsa da,
insanlara dostcasına rəftar edib. Əks halda qəfəsə hücum faciə ilə
nəticələnə bilərdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=9305