Bu günün Ulduz falı

07.07.2014 - 00:05

Cumhuriyyet.az dünyanın nüfuzlu və məşhur ulduz
falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün
qoroskopunu təqdim edir
Qoç – çoxlu problemlər yaranacaq. Yetərincə qətiyyətli və özünüzə əmin
olmağa çalışın. Nə isə ilk dəfədən alınmayanda pərişan olmayın. Rəqib və
ya düşmən düşündüyünüzdən güclü deyil. Ənənəvi metodlar və sınanmış
vasitələrlə məqsədə çatmaq asan deyil. Problemlərin alternativ həll
yollarını seçin.
Romantik münasibətlərə başlamğa dəyməz. İşdə təmkinli olun, yaşananlara emosional reaksiya verməyin.
 
Buğa – uğursuz, çətin, qarışıq gündür. İllərdən bəri etibar etdiyiniz,
inandığınız insan sizi pərişan edə bilər. Yaxın adamlarınızdan biri
sizdən faydalanmağa çalışır. Fikri cəmləmək çətindir. Buna rəğmən adi
günlərlə müqayisədə daha çox səhvə yol verməyin. Maliyyə məsələlərində
sayıq olun.
Günün ikinci yarısında səhhətinizdə problemlər
yarana bilər. Yaşam potensialının səviyyəsi aşağı düşəcək, yorğunluq
hissi güclənəcək. Uzun səfər və ya səyahət məsləhət deyil. Ağır fiziki
işdən imtina edin.
 
Əkizlər – bu
gün formalaşan ideyaların hamısı yaxşı deyil. Düşünülməmiş şəkildə
qərarlar qəbul etməyin. Planlar baş tutmayanda ruhdan düşməyin. Səbrli
olun, təmkinli davranın. Əlverişli anı gözləyərək hərəkət edin. İşgüzar
danışıqlar aparmaq məsləhət deyil. Karyeranızla bağlı məsələlərin
müzakirəsini ertələyin.
Ciddi maliyyə çətinlikləri ola bilər. Borc almayın, xərcləri azaldın. Yaşlı qohumların məsləhətlərini qulaqardına vurmayın.
 
Xərçəng – köklü dəyişikliklərin yaşanmayacağı gündür. Rahat zamandır,
irəliləyişlərə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla
ünsiyyətdə nikbin, gülərüz, səmimi olun. Liderlik məziyyətlərinizi
nümayiş etdlirin. Həmfikirlər və müttəfiqlər komandasını formalaşdıra
bilərsiniz.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz vasitələrdən istifadə edin.
Qohumlar,
dostlar, sevdiyiniz insanla ünsiyyət üçün münasib zamandır. Dəyər
verdiyiniz insanlarla dil tapmağa çalışın. Ailə üzvlərinə hədiyyələr
etmək olar.
 
Şir – işlərin çoxu
istədiyiniz kimi alınmır. Buna rəğmən hadisələrin məcrasına kəskin
müdaxilələr etməyin. Əvvəllər əldə etdiyiniz bilik və bacarıqları
reallaşdırın. Başqalarının təcrübəsindən bəhrələnərək dürüst qərarlar
verin. Çətin vəziyyətə düşən və sizə yardım üçün müraciət edən insana
kömək edin.
Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi
münasibətlərdə də lider olmağa çalışın. Amma aqressivləşərək
mövqelərinizi yaxın ətrafınızdakı insanlara zorla qəbul etdirməyə can
atmayın. Alış-veriş üçün münasib zamandır. Fərdi və ailəvi maliyyə
resursları ilə bağlı qərarları ertələyin.
 
Qız – görüləcək işlərin dəqiq və konkret planını hazırlayın. Maraqlı,
cazibədar iş olmasa da, işlərlə məqsədlərin müəyyənləşdirilməsi olmadan
çalışmaq çətindir. Fikrinizi yayındırmağa, diqqətinizi dağıtmağa can
atacaqlar. Təxribatlara uymayın. Mənfi təmayüllərə sinə gərməyin optimal
yolu əvvəlcədən sevilmiş davranış istiqamətinə riayət etməkdir.
Mübahisələrə qatılmayın, hansısa tərəfi tutmayın. Mövqeyinizi aqressiv izhar etsəniz, ciddi münaqişə yarana bilər.
 
Tərəzi – cazibədar olmağa çalışın. Ətrafınızdakı insanların diqqətindən
şikayətlənməyə səbəb yoxdur. Çalışmaq istədiyiniz insanları seçin.
İntuisiyanız sizə kobud səhvlərə yol verməməyə yardım edəcək. Bacarıq və
istedadınızı, bilik və təcrübənizi nümayiş etdirin.
Bədxahları üstələyin, rəqibləri geridə qoyun.
Anlaşma
və ya sövdələşmələr qısamüddətli olmalıdır. Səfər, səyahəti təxirə
salmayın. Arealın dəyişməsində xeyir var. Peşəkar fəaliyyət müstəvisində
mövqelərinizə təsir edə biləcək insanlarla görüşün. Karyera
məsələlərini müzakirə edin.
 
Əqrəb – baş verənlərə rəğmən əhvalınızı korlamayın. Həmkarlarınız,
dostlarınız, yeni tanışlarla münasibətlərin rəvan qalmasına çalışın.
Mövqeləri və fikirləri sizdən çox fərqli olan insanlarla da dil tapın.
Birgə fəaliyyət, əməkdaşlıqla bağlı danışıqlar aparmaq olar.
Günün
ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Ağır
fiziki işdən imtina edin. Qida rasionunuza fikir verin. Kulinar
eksperimentlər zamanı deyil.
 
Oxatan – hər şey sandığınız qədər pis deyil. Özünüzdən və yaxın ətrafınızdakı
mümkün olmayanları tələb edərək vəziyyəti gərginləşdirməyin.
Başqalarının sizin barənizdə düşündüklərinə və dediklərinə həddən ziyadə
əhəmiyyət verməyin. Maraqlandığınız insanla aktiv ünsiyyətdə olun.
Əşya, pul və ya sənəd itirə bilərsiniz. Yaxınlarınıza güvənin, onlar sizə yardım edəcəklər. Alış-verişdə çox pul xərcləməyin.
 
Oğlaq – qətiyyətli, iradəli olun. Problemlərin həllinə yaradıcı yanaşın.
Hadisələrin qəfil inkişaf etməyə başladığı anlarda çaş-baş qalmayın,
vurnuxmayın. Yeni tanışlıqlar asanlıqla baş tutacaq. Münasibətlərinə
dəyər verdiyiniz insanlarda xoş təəssürat yaratmağa can atın.
Komanda
işi pis olmasa da, müstəqil fəaliyyət daha effektivdir. Anlaşma və
sövdələşmələr gəlir verəcək. Əhəmiyyətli məbləğə yiyələnə bilərsiniz.
Axşam saatlarına yaxın yaşam potensialının səviyyəsi aşağı düşəcək.
Özünüzü qoruyun.
 
Dolça
işgüzar fəaliyyət baxımından uğurlu gündür. Sərfəli anlaşma və
sövdələşmələrə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların
öhdəsindən gələ bilmədikləri çətinliklərin öhdəsindən gələ biləcəksiniz.
Yeni tərəfdaşlarla əməkdaşlıq maliyyə baxımından sərfəli olacaq.
Qarşınızda yeni perspektivlər yarana bilər.
Yeni romantik
münasibətlərə başlamaq üçün münasib zamandır. Amma sayıq olun. Bu gün
sizinlə təmaslara yalnız yaxşı insanlar can atmırlar. Yaramaz,
ləyaqətsiz insanın felinə uymayın.
 
Balıqlar – qərarları sürətlə, təxirə salmadan qəbul edin. Situasiyanın
dəyişikliklərinə uyğunlaşmağa çalışın. İmprovizasiya və yaxşı reaksiya
karınıza gələ bilər. Kiçik maliyyə itkiləri ola bilər. Alış-verişin
yaxşı olacağını düşünməyin.
Ailə üzvləri ilə münaqişə
yaratmayın. İxtilaf və anlaşılmazlıq yaranarsa, münasibətləri bərpa
etmək çətin olacaq. İnciklik hələm-hələm unudulmayacaq. Dövlət
qurumları, xüsusilə də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə
təmasları ertələyin.

Short URL: http://www.cumhuriyyet.net/?p=9312

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31