İŞİD-in havalandırdığı ananın hekayəsi
“İŞİD onun başının necə kəsildiyini İnternetdə yayıb” – anası görüb havalanıb
“İŞİD onun başının necə kəsildiyini İnternetdə yayıb” – anası görüb havalanıb
Türkmənlərin qan donduran qətliam hekayələri – şahidlər danışır
Elbəyi
Həsənli yaşadığı Sürix şəhərində İsveçrəyə sığınmış türkmənləri
danışdırıb. Və ürək parçalayan, insanın qanını donduran bir yazı
hazırlayıb. Həmin yazının bəzi hissələrini müsavat.com oxucularına
təqdim edirik… O yazını qaçırmayın, oxuyun ki, biləsiniz, bizim
İraqdakı türkmən adlandırdığımız öz-bə-öz soydaşlarımıza ərəblər və
kürdlər necə bir divan tutur, onların canını və namusunu alırlar. Və
Türkiyəmiz də bu fəlakətə seyriçi qalıb. Bunu da türkmənlər özləri
deyirlər…
fotolarını mənə göstərir: “Abi, bu fotoları terrorçular özləri Youtube
qoyublar. Bax, bu şəkildəkilər mənim qardaşımla bir dəstədə olublar. Biz
də İnterneti ələk-vələk etmişik, hələ ki, İsamın fotosu çıxmayıb. Bu
arada isə terrorçular bu fotoları səhifələrindən sildilər. Hələ bu
fotolar yaxşıdır. Bizim qonşuluqda bir ailə var. Əri də, xanımı da
həkimdir. Çox hörmətli insanlardı. Onların bir oğlu vardı, Murtaza, 20
yaşındaydı. O, da Bəşərə yardıma gedənlərə qoşulub. Ömründə silah
görməmiş adam. Əsir düşüb. Və İŞİD terrorçuları onun başını necə
kəsdiklərini videoya çəkib İnternetdə yayıblar. Ata-anası o videonu
görüb havalanıb. Bu, deyiləsi dərd deyil, abi…Bir ailə isə İrandan
qonaq gəlibmiş. Ata oğluna zəng vurub ki, həmən ananı, bacılarını maşına
qoyub, şəhərdən çıx, terrorçular hər tərəfdən gəlirlər. Gənc də atası
deyən kimi edib. Elə araba yerindən təzə tərpənib ki, terrorçular
maşının qabağın kəsiblər. Ananın gözünün yaşında 20 yaşlı oğlunu
güllələyiblər, 4-5 yaşlı qızları da vurublar. Bu mənzərəni gözü ilə
görən mənə dedi ki, Əli, terrorçular sonra oğlanı da, onun iki bacısını
da arabaya qoydular. Elə anasının gözünün qabağında da maşına od
vurdular. Dünyada belə müsibət olmayıb, abi. Vallah. olmayıb… “
–Eşitdim ki, meyitləri döyüş meydanlarından götürmək olmur…
danışsınlar, şiələr öz meyitlərini götürüb basdıra bilsinlər. Öncə 50
min dollar istəyiblər. İraqda 50 min dollar böyük para. Nəsə, onu
toparlamışıq. Amma Bəşiri tutan İŞİD qüvvələrinin komutanı əslən
Əfqanıstandan olan birisidir. O, deyib ki, para gərəkməz. Şiələrin
meyiti elə çöllərdə də qalmalıdır…”
imtina edib… Səbəb də odur ki, Türkiyə İraqdakı kürdlərlə anlaşıb.
Onlardan su qiymətinə petrol alır. Onlarla biznes yapırlar. Yəni bizim
şiə olmağımız bu məsələ də bizə problem yaradır.Öncə Türkiyə deyirdi ki,
Kərkük qırmızı cizgidir. Onu keçən olsa, biz varıq. Amma indi o vədlər
çoxdan yaddan çıxıb. Türkiyə türkmənlərə arxa çevirib və onu düşmənlərin
əhatəsində yalnız buraxıb… “
Short URL: http://www.cumhuriyyet.net/?p=9317