"Sabirabadda baş verən olay cinayət hadisəsidir"
Media eksperti DİN-i və mətbuatı tərəf tutmaqda ittiham etdi

vətəndaşı, Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin inancına görə
təhqir edilməsinə, tanınmış hüquqşünas, media eksperti Ələsgər Məmmədli
münasibət bildirib.
rayonunda Cavanşir Zərbəliyev adlı bir vətəndaşımızın digər
vətəndaş(lar)ımız tərəfindən dini inancına görə təhqir edilməsi,
döyülməsi, saqqalının zorla qırxılması utancverici bir hal olmaqla
bərabər ciddi təxribat və cinayətdir. Bir neçə gündür ki, bu olaya
sosial şəbəkələrdə, elektron və yazılı KİV-lərdə cəmiyyətin
münasibətlərini izləyirəm. Olayla bağlı müzakirələrdə müxtəlif baxışlar
və münasibətlər ifadə olunmaqdadır.
olaraq bu əməlin cinayət olduğunu,onu törədənlərin açıq-aşkar
insanları təxribata, anarxiyaya, qarşıdurmaya çəkmək cəhdinə görə
cəzalandırılmalarını vacib hesab edir. Digər qrup insanlar isə bu olayı
yanlış olaraq Yaxın Şərq ölkələrində illərdir davam edən insanlıqdan
kənar cinayətlərin kölgəsində qiymətləndirməyə cəhd edir. Yaxın Şərqdə
hökm sürən nifrətin, ayrıseçkiliyin, hüquq və azadlıqların tapdanmasının
yaratdığı dini və siyasi dözümsüzlüyün formalaşdırdığı əhval-ruhiyyə
ilə hətta, bu insanlıqdan uzaq olaya haqq qazandırmağa da çalışırlar.
çəkən başqa bir məsələ isə DİN tərəfindən yayılan rəsmi məlumatda ifadə
olunan fikirlərdir. Belə ki, “İylun 4-də Sabirabad şəhər mərkəzi
bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin
qeyri-ənənəvi dini təriqətlərdən birinin təbliğatını aparması ətrafdakı
vətəndaşların etirazına səbəb olub “-deməklə, olaya üstüörtülü haqq
qazandırılır. Rəsmi məlumatdan belə görünür ki, cinayət işinin açilması
cinayət məcəlləsinin tələblərinə uyğun deyil, inzibati hüquq pozuntusu
kimi qiymətləndirilərək iki şəxsin münaqişəsi zəminində təfsir edilməyə
cəhd edilir. Özünü dini jandarma hesab edən, dini münaqışəni
alovlandırmaq istəyən təxribatçı saqqal qırxan şəxsin əməlinin cinayət
məcəlləsi ilə təfsir edilməməsi və həbs olunmaması bunun sübutudur.
Halbuki, bu davranış faşistlərin yəhudilərə etdiyini təkrarlayan,
insanlıqdan uzaq bir hərəkətdir və dini dözümsüzlüyün, ayrıseçkiliyin
bariz nümunəsidir. Olayla bağlı rəsmi və qeyri-rəsmi media qurumlarının
yaydıqları informasiyalarda da tamamilə hüquqa zidd və jurnalist
etikasından uzaq, qüsurlu bir yanaşma mövcuddur. DİN-in rəsmi
münasibətinə istinad edilərək yayılan informasiyaların sonunda belə bir
cümlə istifadə edilib:”Qeyd edək ki, saqqalı qırxılan C.Zərbəliyevin
vəhhabi dini təriqətinə mənsub olduğu və Sabirabad sakini olmadığı
bildirilir.” Bu fikirdən aydın görünür ki, media da hadisəyə tərəfsiz
yanaşmayıb. Oxucuda elə bir qənaət formalaşır ki, sanki Kürdəmir sakini
Sabirabada gedə bilməz. Həmçinin, hansısa fərqli məzhəbə inananların,
digər məzhəbin olduğu rayona getməsi qanunsuzdur?!
hər kəs inancından,təriqətətindən, siyasi baxışından və ya heç bir dinə
inanmamasından asılı olmayaraq hüquq müstəvisində insandır. İnsan
olaraq da təməl hüquq və azadlıqları var və bu dövlət tərəfindən
qorunur. Azərbaycan Konstitusiyasının 24-cü maddəsində deyilir ki, “Hər
kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və
azadlıqları vardır”. 26-cı maddədə isə bunun təminatını vətəndaşların
qurduğu dövlətə verir: “Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının
müdafiəsinə təminat verir”.
Konstitusiyanın 25-ci maddəsi dövlət tərfindən və dövlətin
səlahiyyətlərini icra edənlər tərəfindən hər cür ayrıseçkiliyi qadağan
edir: “Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və
azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və
sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyanın
vicdan azadlığını tənzimləyən bir digər önəmli maddəsi 48 ci maddəHər
kəsin vicdan azadlığının olduğunu ifadə edir. Bununla bərabər,
insanların dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə
təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə
etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququna malik olduğu yenə Konstitusiyanın tələbidir. Belə olan
halda, şəxsin hər hansı dinə, məzhəbə, təriqətə malk olması əsas
götürülərək onun toplum qarşısında aşağılanması, öncəliklə
Konstitusiyanın qurduğu sistemə qarşı gəlməkdir. Ayrıca, bu hərəkət
xuliqanlıq deyil, birbaşa Cinayət Məcəlləsinin 283-cü maddəsində
göstərilən “Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin
salınması” maddəsinin müəyyən etdiyi cinayət əməlidir. Burada Cinayət
Məcəlləsinin 127-ci maddısinin (127.2.3) motivi də var. Videodan da
göründüyü kimi, saqqalı qırxılan, təhqir olunan, fiziki işgəncələrə
məruz qalan şəxsin başına gələnlər onun dini inancına görə saqqalı
olmasıdır. Həmin şəxsin dini mənsubiyyətinə görə təhqir olunub,
saqqalının qırxılması, döyülməsi, xəsarət alması rəsmi məlumatdakından
çox fərqlidir. Bu olay hüquq müstəvisində gerçək qiymətini almasa,
toplumda fərqli inancda olanların bir-birinə qarşı hesablaşmasına qədər
gedib çıxa və dövlətə olan güvən sarsılda bilər. Odur ki, istər hüquq
mühfizə orqanları, istərsdə də media və jurnalistlər üzərlərinə düşən
məsuliyyəti ciddi dərk etməli, toplumu qarşıdurmaya aparmaq istəyən
məsuliyyətsiz və hətta təxribatçı qüvvələrə meydan verməməlidirlər.
Azərbaycan tolerant bir yer olaraq qalmalı, insanların inancları, milli,
irqi, dini, siyasi və sosial, mənsubiyyəti müzakirə mövzusu olmamalı,
sadəcə insan olduqları üçün hüquq və azadlıqlarına hörmət edilməlidir.”
Short URL: http://www.cumhuriyyet.net/?p=9320