Azərbaycanda təriqət davası qızışır
Sabirabaddaki yerli mənbədən “Azadlıq”a verilən məlumata görə rayonda
dini zəmində qarşıdurmaya cəhd göstərilib. Ötən günlərdə bir dəstə
şiənin bir vəhabinin saqqalını kəsməsinə dair video yayılmışdı. Mənbə
bildirir ki, indi özünü sələfi adlandıran on avtomobil şəxs həmin
videoda saqqal qırxan şəxsin ya özünü ya da kəlləsini tələb edir.
Məlumatın bizə gəldiyi anlarda sələfilərlə polislərin arasında
qarşıdurma olduğu bildirlirdi. Onu da qeyd edək ki, həmin videoda
saqqal qırxan Rəmzi adlı şəxsin sosial şəbəkələrdə fotosu yayımlanıb.
Fotoda o, sələfi şeyxlərinə bənzəyən şəxslərlə yanaşıdır. Fotoya görə
yeni iddialar ortaya çıxıb ki, Sabirabaddaki olaylar ortaya süni şəkildə
atılıb.
Bu video hadisədən sonra çəkilib
Short URL: http://www.cumhuriyyet.net/?p=9321