Parlament sessiyaları Əliyevi modernləşməyə təhrik edir
ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün
təhlükəsizliyə doğru” təmtəraqlı devizi altında keçirilən Bakı sessiyası
suallar qədər cavablar da qoydu. Sessiyanın dövlətlərin ərazi
bütövlüyünə, insan hüquq və azadlıqlarına, demokratiyaya hörmət kimi
çağırışları Ukraynaya qarşı təcavüz həyata keçirən Rusiyanın və
vətəndaşların konstitusion hüquqlarını miqyaslı və kobud şəkildə pozan
Azərbaycanın Helsinki Yekun Aktına meydan oxuması baxımından
anlaşılandır.
Deyilən mövzular üzrə debatlar və səsvermələrin nəticələri göstərdi
ki, Helsinki Yekun Aktına üzv ölkələrin çoxu beynəlxalq öhdəlikləri
pozan ölkələrə qarşı vahid dəqiq xətt müəyyn edib.
Əgər bu xətti bu günlərdə keçirilən və problemli ölkələrə qarşı
zahirən sərt mövqe nümayiş etdirən Avropa Şurası Parlament
Assambleyasının (AŞ PA) sessiyasından davam etsək, Qərbin, o sıradan
Azərbaycana qarşı siyasətində yeni konturları sezmək çətin deyil. Siyasi
məhbusları azad etmək, vətəndaş cəmiyyəti institutlarına münasibət
siyasətinə yenidən baxılması çağırışları, hətta tələbləri hər iki
Parlament Assambleyasının qətnaməsində əksini tapdı.
Prezident Ilham Əliyev ATƏT PA sessiyasında Azərbaycanda apardığı
islahat kursu barədə AŞ PA-da səsləndirdiyi fikirləri təkrar etdi.
Azadlıq və insan haqları sahəsində problemləri etiraf etməyən Əliyev
Avropa parlamentarilərini öz spesifik islahatçılıq kursunun düzgünlüyünə
və dönməzliyinə inandırdı. Prezidentin Bakı çıxışında yenilik kimi
bəraətqazandırıcı motivləri göstərmək olar. Onları təxminən belə ifadə
etdi:
1) Siyasi sabitlik;
2) gələcəyi planlaşdırma;
3) modernləşmə üzrə məqsədə çatmağa imkan verir.
Beləliklə, Əliyev anlatdı ki, o, Azərbaycanın gələcəyi ilə bağlı
modernəlməni layihələndirməklə məşğuldur. Prezident bu məsələdə çox
danışmır və təklif etdiyi modernəlmənin konturlarını qeyd etmir. 6 ildir
haqqında danışılan bu layihə barədə cəmiyyətə yaxın aylarda məlumat
veriləcəyi deyilir. Hər halda avrokomissiyanın prezidenti Barrozu belə
dedi.
Əliyevin səthi demokratik addımlara hazırlaşdıığından bir sıra
faktlar, o sıradan iki vacib prinsipial məsələ – siyasi məhbuslar və
QHT-lər üzrə yanaşma xəbər verir. Hakimiyyət ATƏT-in Azərbaycan üzrə
həmməruzəçisi Pedro Arqamuntun siyasi məhbuslar məsələsində vasitəçiliyi
ilə razılaşıb və QHT-lərlə qrantların qeydiyyatı barədə
məsləhətləşmələr başlayıb.
Bu, o demək deyil ki, Əliyev yaxın vaxtlar dərin və geniş
dəyişikliklər edəcək, çünki onlar onun gələcək layihəsində yazılmayıb.
Bunu onun tənqidə dözümsüzlüyü də göstərir – Strasburqda AŞ PA-da
çıxışından sonra o, mətbuat üçün brifinqdə belə çıxış etməyib tələsik
şəhəri tərk etdi, Bakıda da ATƏT sessiyasında bu cür hərəkət edib
naməlum istiqamətdə paytaxtı tərk edib.
Amma perspektivdəki hadisələr, o sıradan AB ilə strateji modernləşmə
layihəsinin imzalanması və sentyabrda BMT Baş Assambleyasının
sessiyasının açılışı bu iki vacib hadisənin iştirakçısı kimi Əliyevi
məcbur edəcək ki, Avropa liberal dairələrində populyar olan demokratik
qərarları qəbul etsin. Prezident Əliyevin Amerika səfərinin səviyyəsi bu
qərarların keyfiyyətindən asılı olacaq. Onun üçün üçüncü dəfə prezident
seçiləndən sonra ABŞ prezidentinin əlini sıxmaq vacibdir. Bu, gələcək
strateji modernləşmə planının həyata keçməsi üçün xeyir-dua kimi
anlaşıla bilər.
“Turan” Analitik Xidməti
Short URL: http://www.cumhuriyyet.net/?p=9327