"Rusiya Ermənistana görə Azərbaycanla savaşmayacaq"
“Rusiya Bakı ilə münasibətlərin pisləşməsini istəmir…”
Moskvalı hərbi ekspertlərin qənaətincə, Kremlə Qarabağda ikinci cəbhənin
açılması lazım deyil və bunun üçün onun yetərli qüvvəsi də yoxdur;
“Rusiya Bakı ilə münasibətlərin pisləşməsini istəmir…”
İşğalçı
Ermənistanın Rusiya ilə müttəfiqliyə peşman olduğu getdikcə daha
qabarıq şəkildə özünü büruzə verməkdədir. Bu ovqat qonşu ölkənin
Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsində özünü aydın şəkildə
göstərməkdədir. Xüsusən də qurumla bağlı Astanada keçirilən toplantıda
Azərbaycan prezidentinin göndərdiyi məktub ətrafında yaranmış situasiya
Ermənistanın ictimai-siyasi dairələrində dərin məyusluq doğurub, düşmən
tərəfin Rusiyaya etimadını bir az da zədələyib.
işğalçı ölkə Rusiyanın Azərbaycana müasir hərbi texnika satmaqda davam
etməsini də heç cür həzm edə bilmir və rəsmi Moskvanın izahatlarını
qaneedici saymır. Ermənistanda düşünməyə başlayıblar ki, Rusiya
müttəfiqliyə sadiq deyil, çünki məntiqlə Ermənistanla müharibə
vəziyyətində olan Azərbaycana silah-sursat satmamalıdır. Üstəlik, qonşu
ölkədə tez-tez Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)
çərçivəsində Rusiyanın digər üzv ölkələr qarşısında öhdəliklərini yada
salırlar.
Ermənistanla ikinci-üçüncü sort ölkə kimi davranması, Azərbaycana
üstünlük verdiyini gizlətməməsi erməni yetkililərində ciddi məyusluq,
narazılıq və narahatlıq doğurmaqdadır. Hətta erməni ekspert dairələrində
Rusiyanın hansısa məqamda öz imperiya maraqları naminə öz forpostunu
asanca satacağı barədə rəylər dolaşır. Paralel olaraq Rusiyanın
Ermənistanın mövcudluğunun əsas qarantı olmasına şübhələr də qonşu
ölkədə artmaqdadır.
qoşunları Ermənistanda Ermənistanı Türkiyə tərəfdən təcavüzdən qoruyur.
Ancaq Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aid
deyil, ona görə də Qarabağ Rusiya inteqrasiya layihələrinə daxil
edilməyəcək. Odur ki, yeni Qarabağ qarşıdurması başlasa, KTMT
çərçivəsində heç bir tərəfdaşlıq münasibətləri və öhdəliklər
işləməyəcək”. Bunu rusiyalı hərbi ekspert Pavel Felqenqauer Ermənistan
KİV-ə müsahibəsində deyib
Rusiyanın Ermənistan qarşısında birbaşa öhdəliyi yoxdur: “Ermənistan
Avrasiya inteqrasiya layihələrinə Qarabağsız qoşulacaq. Çünki Moskva
Azərbaycanla münasibətlərini kəskin şəkildə pisləşdirmək istəmir. Əgər
Qarabağda ciddi toqquşmalar başlasa, Kremldə düşünməyə başlayacaq,
böhranın baş verməməsi üçün kömək etməyə çalışacaqlar, ancaq Rusiyanın
avtomatik şəkildə erməni-Azərbaycan konfliktində və ya qarşılıqlı
atışmasında iştirakını təsəvvürə gətirmək çətindir. Hərçənd, qəti qərar
Moskvada veriləcək. Biz Azərbaycanla münasibətlərin pisləşməsini
istəmirik. Ona görə də qərar verilib ki, Ermənistan Gömrük İttifaqına
KTMT kimi Dağlıq Qarabağsız daxil olmalıdır. Prinsipial olaraq Rusiya
Ermənistanı tərəfdaş kimi görür, ancaq Azərbaycan da mühüm tərəfdaşdır,
hərgah son vaxtlar bizdə narazılıq var ki, Bakı Qərbə həddən artıq
yaxınlaşıb. Lakin bu narazılıq o dərəcədə güclü deyil ki, münasibətləri
kəsək və açıq qarşıdurmaya gedək. Moskva həm Bakı, həm də İrəvanla yaxşı
münasibətlər saxlamağa çalışır. Ona görə ki, biz təkcə
erməni-azərbaycanlı mübahisələri yox, həm də Rusiyanın Güney Qafqazda
təsirini bərqərar eləmək maraqlandırır. Ermənistan bizə lazımdır. Amma
Azərbaycan da lazımdır”.
qənaətincə, Qarabağda müharibə ümumiyyətlə, Rusiyanın maraqlarına cavab
vermir: “Ələlxüsus da ona görə ki, Ukrayna böhranı səbəbindən Rusiyanın
əlində Güney Qafqazda vəziyyətin gərginləməsi əleyhinə yönəldəcək
yetərli sərbəst qüvvə və vasitə qalmayıb. Rusiyanın iki cəbhədə vuruşmaq
üçün qüvvəsi yoxdur. Hazırda Moskva status-kvoya alternativ görmür. Bu
birmənalıdır. Ukraynada situasiya düzəlməyənədək Moskvaya Cənubi
Qafqazda hansısa kəskinləşmə, yeni gərginlik ocağı lazım deyil”.
gətirmək çətindir ki, Ermənistana hücum olarsa, KTMT (Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı-red.) Azərbaycana qarşı hərəkət
keçəcək”. Bu sözləri isə erməni portalına müsahibəsində başqa bir
rusiyalı hərbi ekspert Aleksandr Qolts təşkilatın Ermənistan qarşısında
öhdəliklərini şərh edərkən deyib.
fikrincə, nizamnaməyə əsasən, formal olaraq o halda KTMT məsələyə
reaksiya verməlidir: “Lakin hazırda Rusiya tərəfini başı Ukrayna
hadisələrinə o qədər qarışıb ki, heç kim Azərbaycan-erməni sərhədindəki
situasiyanı dəqiq bilmir. İkinci yandan, Ermənistan ona qarşı təcavüz
olduğunu sənədli-faktlı sübut etməlidir”.
ekspertin əminliyinə görə, Qarabağ ixtilafı ciddi münaqişədir: “Belə
ki, Ermənistan KTMT-nin üzvüdür və Avrasiya inteqrasiya layihələrinə
qoşulmaq astanasındadır, başqa yandan isə Moskva Azərbaycanla əlaqələri
korlamaq istəmir, hansı ölkə ilə ki, Rusiya müxtəlif sahələrdə möhkəm
tellərlə bağlıdır… Odur ki, Rusiyanın əsas vəzifəsi Azərbaycanı hərbi
əməliyyatlardan çəkindirməkdir”.
Ukrayna olayları fonunda Rusiya üçün artan önəmini erməni təhlilçiləri
də etiraf edirlər. Məsələn, politoloq Manvel Sərkisyanın zənnincə, belə
davam eləsə, Ermənistan Avrasiya İttifaqına üzv olmayacaq: “Heç kim bizi
ora götürməyəcək, əgər Azərbaycan orada olmasa”. O, hətta əmindir ki,
əksinə ola bilər: “Azərbaycan quruma üzv olacaq, Ermənistan isə yox.
Rusiyadan ötrü Azərbaycanın quruma üzvlüyü daha vacibdir, nəinki
Ermənistanın…”
rəylərindən bir daha qənaət hasil olur ki, Rusiya Qarabağ konfliktinə
müstəsna olaraq Güney Qafqazda öz siyasi-hərbi dayaqlarını, təsirini
gücləndirmək vasitəsi kimi baxır və bu vasitəni heç bir halda erməni və
ya Azərbaycan maraqlarına qurban verməyəcək. Hətta Ermənistanla formal
olaraq hərbi-siyasi müttəfiqlik münasibətləri də bu yolda ona maneə
qismində görünmür.
münaqişəsinin həllində maraqlı olması barədə Rusiya rəsmilərinin
verdikləri bəyanat da boğazdan yuxarı deyilmiş sözlərdən başqa bir şey
deyil. Rusiya postsovet ölkələrinin müstəqilliyi və suverenliyinin onda
ötrü hansı dəyərdə olduğunu isə Krımın ilhaqı ilə o, bir daha, əyani
nümayiş etdirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=9328