Vəhabilər Sabirabada hücüm edəcək
Rayonda bu gün saqqalı qırxılan əqidədaşlarının qisasını almaq üçün 5000 vəhhabinin gələcəyi xəbəri dolaşır
Xəbər
verildiyi kimi, ötən həftə Sabirabadda qalmaqallı hadisə yaşanmışdı. Cumhuriyyet.az jam.az-a istinadən xəbər verir ki, Kürdəmirdən rayona gəlmiş
vəhhabi cərəyanının nümayəndəsinə hücum edən Rəmzi adlı şəxs onun
saqqalını qırxaraq, ölkənin gündəmini dəyişən olaya imza atmışdı.
Bu hadisəni şiə-vəhhabi davası, məzhəblərarası ixtilaf kimi təqdim
edilməsinə rəğmən, hələlik ortada nə məzhəb davası var, nə də belə bir
şeyin baş verməsi gözlənilmir. Lakin buna baxmayaraq, hadisənin baş
verdiyi Sabirabadda və ona bitişik Saatlı rayonunda əhalini qorxu içində
saxlayan şaiyələr yayılır. Sosial şəbəkələrdə yayılmış
məlumatlara istinadən bildirilir ki, dünən Sabirabada guya, 10 maşın
dolusu vəəahbi gələrək, yerli əhali ilə dava salmaq istəyib. Amma gələn
xəbərləri yerli sakinlər təsdiqləmirlər. Onlar rayonda camaatı qorxu
içində saxlayan şaiyələrin yayıldığını deyirlər.
Sosial şəbəkələrdə bildirilir ki, Sabirabadda yayılmış şaiyələrdən
biri belədir ki, guya, bu gün rayona 5000 vəhhabi gələcək və onlar rayon
sakinlərindən saqqalı qırxılan həmfikirlərinin qisasını alacaqlar.
Bundan camaatın ciddi şəkildə narahatlıq keçirdikləri deyilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9329