Kəmaləddin Heydərovun oğlu Fransaya "köç edir"
Taleh Heydərovun artıq Britaniyada fəaliyyət göstərmək istəmədiyi bildirilir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov
təsisçisi olduğu Avropa-Azərbaycan Təşkilatını Böyük Britaniyadan
Fransaya köçürür. Bu barədə redaksiyamıza daxil olan məlumatlara görə,
Taleh Heydərov artıq Britaniyada fəaliyyət göstərmək niyyətində deyil.
Ötən
saylarımızda məlumat vermişdik ki, Kəmaləddin Heydərovun Rusiya siyasi
dairələri ilə yaxınlığı Avropada olan övladları üçün təhlükə yaradıb.
Artıq Taleh və Nicat Heydərovların biznes strukturları və təşkilatları
ilə bağlı ciddi araşdırmalar aparılır. Bir müddət əvvəl Tyu-Yorkdan
idarə olunan “BuzFeed” saytında Taleh Heydərovla ifşaedici materialın
yerləşdirilməsi də bununla bağlıdır. Digər tərəfdən ard-arda
Britaniyadan Azərbaycan hakimiyyətinə zərbələr gəlir. Təkcə Avropa
Şurası Parlament Assambleyasının sessiyasında ölkə başçısı Ilham
Əliyevin britaniyalı deputat Pol Flinn tərəfindən çətin vəziyyətə
salınması faktı Britaniya ilə Azərbaycan hakimiyyəti arasında
münasibətlərin gərgin olduğunu göstərir. Bütün bunlar isə Taleh
Heydərovun Britaniyadan köç etməsinə səbəb olan amillərdir.
Təsadüfi
deyil ki, bir neçə gün əvvəl Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən
deputat Qüdrət Həsənquliyev Böyük Britaniya məmurlarını korrupsiyada
ittiham etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=9334