Gömrük rəisi Bakıda "istintaqa" çəkilir
Mirməhəmməd Seyidovla bağlı yeni məlumat

Sədərək gömrüyünün rəisi, Türkiyədə keçirilən rüşvət əməliyyatlarında
həbs olunan və bu günlərdə azadlığa buraxılan Mirməhəmməd Seyidov
barədə yeni məlumatlar əldə etmişik. Öətn sayımızda qeyd etmişdik ki,
Azərbaycan hakimiyyəti Mirməhəmməd Seyidovun azadlığa buraxılması ilə
bağlı çoxsaylı cəhdlər edib.
Iddialara görə, Azərbaycan hakimiyyəti
ilə Ərdoğan arasında “nurçu məsələsi” tam həllini tapmadığı üçün
Seyidovun azadlığa buraxılması mümkün olmayıb. Nəhayət, Azərbaycan
hakimiyyəti ölkədə nurçu məktəblərinin bağlanması qərarını verdikdən və
bununla da nurçulara sarsıcıdı zərbə vurduqdan sonra Seyidovun azadlığa
buraxılması reallaşıb. Iddia olunur ki, Seyidov məhz bu məsələyə görə
azadlığa buraxılıb.
Dünən əldə etdiyimiz məlumata görə, Mirməhəmməd
Seyidovun Istanbul reysi ilə birbaşa Bakıya gətirilməsi də təsadüfi
deyil. Məlumatda bildirilir ki, hakimiyyət Mirməhəmməd Seyidovun Türkiyə
istintaqçıları tərəfindən sorğu-sual edilən zaman başağrısına səbəb ola
biləcək informasiyalar verə bilər. Əslində Mirməhəmməd Seyidovun
azadlığa buraxılması üçün cəhdlərin kökündə elə bu dayanırdı. Bildirilir
ki, Sədərəyin gömrük rəisi Bakıya “istintaqa” çəkilmək üçün gətirilib.
Hakimiyyət Seyidovdan Türkiyədə sorğu-sual edilən zaman nə danışdığı
dəqiqliklə öyrənmək istəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9336