Tovuzun keçmiş icra başçısı qardaşının pulunu mənimsəyib
Tovuzun sabiq icra başçısı Həmid Bağırovdan ölkə başçısı Ilham Əliyevə
şikayət edib. Musa Bağırov şikayətin bir surətini də “Azadlıq”ın
redaksiyasına göndərib.
Musa Bağırovun sözlərindən belə məlum olur ki, qardaşı onun 250 min
pulunu və bir neçə obyektini ələ keçirib. Musa Bağırov deyir ki,
1991-1993-ci illərdə bizneslə məşğul olub. Həmin biznesdən 250 min manat
pulu qazanıb. Lakin 1993-cü ildə pullar dəyişəndə həmin vaxt Tovuz
bankının müdiri olan qardaşı Həmid Bağırov həmin 250 min manatı
mənimsəyib. Musa Bağırov bildirib ki, qardaşı daha sonra ona məxsus
limonad sexini ələ keçirib. “Həmid Bağırov icra başçısı olanda mənə
limonad sexini və sexin ətrafındakı 10 hektar ərazisini mağazamın
sürücüsü Ələmdarın adına keçirərək mənimsədi”.
Musa Bağırov Ilham Əliyevdən xahiş edir ki, qardaşının qanunsuz
əməlləri barədə ölçü götürülməsinə göstəriş versin. Eyni zamanda
mənimsənilən pullarının və obyektlərinin qaytarılmasını təmin etsin.
Short URL: http://www.cumhuriyyet.net/?p=9337