Ölkəni məzhəb savaşına kimlər sürüyür

07.07.2014 - 14:45

Xaricdə yazılıb, Azərbaycana transfer edilən qorxunc ssenari

Xaricdə yazılıb, Azərbaycana transfer edilən qorxunc ssenari

“Bu günədək iqtidar siyasi
diskussiyaları müxalifət partiyalarının ziyalı liderləri ilə aparırdı;
bundan sonra isə nəyisə dinləmək iqtidarında olmayan saqqalkəsənlərlə
danışmaq zorunda qala bilər…”


Siyasi müstəvidə ciddi heç nə baş vermir. Tam səssizlikdir.
Müxalifət də “qızğın fəaliyyətdən” yorulub, yay tətilinə getməyə
hazırlaşır. Müxalifətin siyasi səhnədən qısa müddətli gedişi də yəqin
ki, heç nəyi dəyişməyəcək. Ölkənin siyasi müstəvisi tam durğunluq
içindədir.

Lakin son günlər ölkədə baş verənlər kataklizmlərin heç də uzaqda
olmadığından xəbər verir. Demokratik institutları, sekulyar təsisatları
və milli-demokratik siyasi güc mərkəzlərini sıradan çıxardan hakimiyyət
indi yeni rəqiblə üzbəüz qalıb. Son 10 gündə Azərbaycanın ən müxtəlif
bölgələrində şiə – sələfi qarşıdurması pik həddinə çatıb. Ehtimal
etdiyimiz kimi, müxalifəti və mətbuatı məhv edilən Azərbaycan
cəmiyyətində marginallıq başlıca dəyər olmağa başlayıb.

İllər öncə vurğulamışdıq ki, siyasi azadlıqların olmadığı,
insan haqlarının, din və vicdan, mətbuat azadlığının boğulduğu, sosial
ədalətsizliyin baş alıb getdiyi ölkədə yeganə hərəkətverici amil məzhəb
savaşı, etnik qarşıdurma, vətəndaş qarşıdurmaları olacaq. Azərbaycanda
son günlər müşahidə edilən məzhəblərarası gərginlik heç də yalnız
İŞİD-lə bağlı yaranan ajiotaj deyil. Təkfirçi və terrorçu İŞİD-in bu
ölkəmizdəki proseslərə təsiri son dərəcə minimaldır.

Sadəcə olaraq, Azərbaycanda etnik və dini müstəvidə savaş yaratmaq
istəyənlər artıq açıq fəaliyyətə başlayıblar. Bunun belə olacağını da
illər öncə vurğulamışdıq.
Gərginlik durmadan artır. Bu dəfə qarşıdurma dəyirmi masalarda
təzahür etmir. Artıq ölkədə siyasi ideologiyalar arasında “beyin
fırtınası”ndan da söhbət getmir. Vəziyyət daha qəlizdir. Kənar baxışla
görünən budur ki, bir qrup təkfirçi şəxs digər radikal – təkfirçi
şəxslərə müharibə elan edib.

Son günlər bu qarşıdurma ən iyrənc formada özünü göstərməkdədir.
Bütün “keyfiyyət” dəyişikliyi sosial şəbəkələrdəki müzakirələrə də
təsirsiz ötüşməyib.
Artıq sosial şəbəkələrdəki Konstitusiya islahatları barədə mülahizələr
deyil, “hansı məzhəbə mənsub şəxslərinin qadınlarının cariyə ola
biləcəyi” müzakirə edilir. Deqradasiya göz önündədir. Baş verənlər
yalnız cəmiyyət üçün fəsadlar yaratmır. Eyni zamanda iqtidarın özünün
perspektivini qara rəngə boyayır.

2mezSon
20 ildə Azərbaycanın siyasi sistemini məhv edən hakimiyyət indi öz
əkdiyini biçməyə məhkum edilib. Təkfirçi dini cərəyanların əsas siyasi
amilə çevrilmə tendensiyası fəsadların xəbərçisidir. Bu günədək iqtidar
siyasi diskussiyaları müxalifət partiyalarının ziyalı liderləri ilə
aparırdı. Bundan sonra isə nəyisə dinləmək iqtidarı olmayan
saqqalkəsənlərlə danışmaq zorunda qala bilər. Bunun belə olacağını
ehtimal etmişdik. Bu, hələ ilkin işartılardır. Daha böyük
hadisələrin astanasında dayandığımızı da ehtimal edə bilərik. Son günlər
Sabirabadda və Müşfiqabadda baş verən “məzhəb müharibəsi” olduqca ciddi
bir prosesin xəbərçisidir.

Burada söhbət heç də ayrı-ayrı zombiləşmiş fanatlardan getmir.
Müşahidə edilənlər xaricdə yazılıb, Azərbaycana transfer edilən qorxunc
bir ssenariyə daha çox bənzəyir. Görünən budur ki, Azərbaycanda etnik və
dini qarşıdurmanın yaradılması istiqamətində ilk addımlar atılıb.
Ölkədə belə qarşıdurmaları mümkün edən amillərin hamısı mövcuddur.
Ölkədə baş verən sosial ədalətsizlik və korrupsiya halları təkfirçiliyin
və etnik separatizmin inkişafına rəvac verir.

Azərbaycanda müşahidə edilən sələfi-şiə qarşıdurmasının
gizlinlərinin isə din ilə ümumiyyətlə bağlılığı yoxdur. Şimal bölgəsində
sələfi əqidəli insanların gün-gündən güclənməsi və onların arasında
şiəçiliyə nifrət hisslərinin aşınması gələcəkdə Azərbaycanda dini
müstəvidə baş verəcək qanlı regional toqquşmaların göstəricisi ola
bilər. Öncələrdə vurğulamışdıq ki, ölkənin cənub bölgəsində də iki
ölkənin təsiri aydın hiss olunur – İran və əlbəttə ki, əsas dolanışıq
mənbəyi olan Rusiya. Bu bölgədə şiəliyin əsas amil olması isə gələcəkdə
şimal və cənub bölgələrinin dini müstəvidə savaşının xəbərçisidir.

Belə bir savaş baş verərsə, yaxın gələcəkdə müəyyən təxribatçı
qüvvələrin “Müstəqil Ləzgistan” və “Talışıstan” yaratmaq cəhdlərinin
mümkünlüyünü ehtimal edə bilərik. Baş verənlərin altqatında Azərbaycanın
parçalanması, dünyəvi sisteminin dağıdılması cəhdlərinin durduğu göz
önündədir. Siyasi sistemi dağıtmaqla, mötədil və intellektual islamı
darmadağın etməklə iqtidar ölkənin gələcəyinə baltalar endirmiş oldu.

Artıq ölkə daxilində oturuşmuş vətəndaş sülhündən danışmaq
imkansız görünür. Yaxın günlərdə Azərbaycanda dini və etnik
qarşıdurmaların daha da dərinləşə biləcəyini ehtimal edə bilərik. Artıq
işə düşmüş ssenarini yarıda durdurmaq olduqca çətin görünür.
Dini və siyasi müstəvidəki savadsızlıq, gerizəkalılıq, parlaq lider
çatışmazlığı elə belə də vəziyyət yaratmalı idi. Proseslər dalana
dirənmək üzrədir.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=9341

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31