İŞİD-dən "Sabirabad hadisəsi"nə reaksiya
reaksiya gəlib. Hafta.az xəbər verir ki, Suriyada döyüşən
azərbaycanlıların sözçüsü kimi tanınan “Furkan Azəri” adlı şəxs, sosial
şəbəkə vasitəsilə “Sabirabad hadisəsi”nə münasibətini
bildirib: “Sabirabadda alçaqca saqqalı kəsilən qardaşımız Cavanşir
Zərbəliyev şərəfimizdir. Unutarsaq qəlbimiz dursun”, – deyə Furkan Azəri
vurğulayıb.
Qeyd edək ki, Sabirabadda saqqalı kəsilən şəxslə bağlı DİN-dən rəsmi
açıqlama verilib. Açıqlama da bildirilir: “İyunun 4-də Sabirabad şəhər
mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir
Zərbəliyevin qeyri-ənənəvi dini təriqətlərdən birinin təbliğatını
aparması ətrafdakı vətəndaşların etirazına səbəb olub. Bu zəmində şəhər
sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında əlbəyaxa davaya
keçən münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan
insanların etirazına səbəb olan söhbətinə son qoymasını və dərhal
ərazini tərk etməsini tələb edib.
gələrək, hər iki şəxsi saxlayaraq rayon polis şöbəsinə gətiriblər.
Onların ərizə və izahatları alınıb, baş vermiş hadisə ilə bağlı
təhqiqata başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq qanuni
qərar qəbul ediləcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9343