Dağlıq Qarabağ vilayətinin yaradılmasından 91 il ötür
1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi
İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan torpaqlarında Dağlıq Qarabağ
Muxtar Vilayəti yaradılır.
Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin
səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin
sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.
1991-ci
il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə
Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin
gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1981-ci il iyunun
16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar
Vilayəti haqqında” qanun qüvvədən salınıb və onun ərazisini qonşu
Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında
bölüşdürüb.
Bundan əvvəl Dağlıq Qarabağ Muxtar
Vilayətində Əsgəran, Hadrut (1923-cü ilədək adı Ağoğlan olub), Mardakert
(Ağdərə), Martuni (Xocavənd), Şuşa rayonları və vilayət tabeli
Stepanakert (Xankəndi) şəhəri daxil idi. Hazırda keçmiş Dağlıq Qarabağ
muxtar vilayəti və onun ətrafında daha 7 rayon tam və ya qismən erməni
işğalındadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9346