Bu günün hava proqnozu

08.07.2014 - 00:03

Cumhuriyyet.az iyulun 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı diqqətinizə çatdırır
 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 20-24В°, gündüz 27-32В° isti, Bakıda gecə 21-23В°, gündüz 28-30В° isti olacaqdır.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturunun Abşeron çimərliklərində – Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26В°, Zuğulba, Mərdəkan, Şüvəlan,
Buzovnada 26-27В°, Türkan, Hövsan, Şıx və Sahildə 27-28В° isti olacağı
gözlənilir.

Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21В°, gündüz 26-31В° isti olacaqdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-15В°, gündüz 20-25В° isti olacaqdır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-22В°, gündüz 27-32В° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20В°, gündüz 24-29В° isti olacaqdır.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 19-24В°, gündüz 29-34В° isti olacaqdır.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında

gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 19-24В°, gündüz 27-32В° isti, dağlarda gecə 12-17В°, gündüz 22-27В° isti olacaqdır.

Tibbi-meteoroloji proqnoz

Yaxın iki gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=9355

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31