Hafkaya azadlığını satın almaq təklif olundu

08.07.2014 - 00:02

O Azərbaycandakı və xaricdəki biznes strukturları ilə bağlı “razılaşmaya” imza atandan sonra sərbəst qalacaq

O Azərbaycandakı və xaricdəki biznes strukturları ilə bağlı “razılaşmaya” imza atandan sonra sərbəst qalacaq
Ziya Məmmədov “Hafka qasırğası”ndan özünü necə qoruya bildi?
“Bağlan Groop”un prezidenti, milyarder Hafiz Məmmədovla bağlı ziddiyətli xəbərlər yayılır. İş adamına məxsus biznes obyektlərində yoxlamalar və təhvil-təslim aparıldığı, onun ölkədən çıxışına yasaq qoyulduğu iddia edilir.
Hafiz Məmmədovun biznes strukturlarındakı mənbədən daxil olan məlumatda bildirilir ki, Hafiz Məmmədovla bağlı yayılan xəbərlərin bir hissəsi doğrudur. İş adamı naməlum səbəbdən yuxarı dairələrin qəzəbinə gəlib, onun yol verdiyi səhvlər nəticədə cəzalandırılmasına rəvac verib. Nəqliyyat naziri Ziya Məmmədovla sıx biznes ilişkiləri də bu səbəbdən dayandırılıb, Köhnə dostlar bir-birinə kin bəsləyən rəqbilərə çevrilib. Mənbə iddia edir ki, Ziya Məmmədov özünü xilas etmək üçün Hafiz Məmmədovla yollarını ayırıb, ona məxsus biznes obyektlərini “ZQAN” Holdingin ofislərindən təcili çıxarıb. Əks halda iş adamının üzləşdiyi hazırki vəziyyətlə nazirin çoxprofilli biznes sturukturlraı da üzləşə bilərdi.
Mənbə bildirir ki, Ziya Məmmədov çox ciddi səylərdən sonra özünü və ətrafını təhlükədən qoruya bilib. Amma onun media və dolayısı ilə siyasətlə birbaşa bağlı planlarnına “stop” verilib. Məsələn, “ZQAN” Holdinqin nəzdində yaradılması planlaşdırılan media qrup layihəsindən imtina edilib. Gələn ilki parlament seçkilərində ona yaxın şəxslərin mandat alması, icra başçısı təyinatları da mümkün olmayacaq.
Xəbərdə Hafiz Məmmədovla bağlı bildirilir ki, o Azərbaycandakı və xaricdəki biznes strukturları ilə bağlı “razılaşmaya” imza atandan sonra sərbəst qalacaq. Bura “Bank of Azerbayijan”nın təssiçiliyindən imtna, “Bağlan Groop”un nəzarətində olan şirkətlərin təhvi-təsilimi, “Bakı” futbol klbunun infrastrukturunun devr edilməsi və s. məsələlər durur.
Mənbə iddia edib ki, Hafiz Məmmədov razılaşma əhval-ruhiyyəsindədir. O. böyük biznesdən çəkilib xaricdə sakit həyatını davam etdirmək istəyir. Amma ölkədə tələb olunan məsələləri yoluna qoymamış onun xaricdə “sakit həyata” qovuşması mümkün deyil. Elə bu səbəbdən ölkədən çıxışı mədəni şəkildə əngəllənib…(bizimyol.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=9359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31