İŞİD liderinin 10 min dollarlıq saatı
Bu yaxınlarda İraq və Suriya ərazisində İslam dövlətinin yaranmasını
elan edən, “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri
ilk dəfə tamaşaçılar qarşısında görünüb, “IBTimes” xəbər verir. Əbu Dua kimi tanınmış Əbu Bəkir əl-Bağdadi çıxışı zamanı iştirak edən müsəlmanları ona “ali lider” kimi “itaət etməyə” çağırıb.
20
dəqiqəlik moizənin video yazısı müxtəlif ekspertlərin və internet
istifadəçilərin diqqətini cəlb edib. Öz növbəsində, sonuncular liderin
qolundakı böyük saata diqqət yetiriblər. Ehtimal
olunur ki, bu 10 min dollar dəyərində olan “Rolex Milgaus” saatıdır. O
da istisna edilmir ki, bu eyni qiymətə “Omega Seamaster” saatı da ola
bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=9366