Anar Məmmədovun vəkili "Yeni Müsavat"ı "Ayı işi" ilə hədələdi

08.07.2014 - 03:02

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu
Anar Məmmədov  “Ayı işi” bağlı “Yeni Müsavat” qəzetinə qarşı iddianı
yenidən gündəmə gətirib.
Bu barədə AzadlıqRadiosuna Anar Məmmədovun vəkili Ruslan Məmmədov məlumat verib. Vəkilin dediyinə görə, onların belə bir addım atmasına səbəb son
vaxtlar qəzetin yenidən həmin məsələni tez-tez gündəmə gətirməsi olub.
“Vaxtilə “ayı işi” ilə bağlı ilk məlumat yazan “Azadlıq” qəzeti
olmuşdu. Bizim əlimizdə Ali Məhkəmənin qərarı var idi ki, qəzetlərin
yazdığı hadisə olmayıb.  Qəzetlərə qət olunmuşdu ki, cərimə ödəyib üzr
istəsinlər. “Azadlıq” qəzeti təkzib verib, üzr istədi. “Yeni Müsavat”
üzr istəmədi və bizə belə təklif etdilər ki, bu kampaniyanı bitirib
bizimlə əməkdaşlığa başlayırlar. Biz də bu razılaşmadan sonra məhkəmə
icraatını dayandırmışdıq. Amma onlar son günlər yenidən başlayıblar
həmin məsələdən yazmağa. Ona görə biz qərara gəldik ki, bu işi başa
çatdıraq. Nizami rayon Məhkəməsinə müraciət etmişik. Məhkəmə qərar
çıxarıb ki, baş redaktor üzr istəməli və 4 min manat cərimə ödəməlidir.
Ali Məhkəmənin qərarı olduğu üçün qanun buna imkan verir. Cərimə bizim
üçün o qədər də əhəmiyyətli deyil, biz o, qəzetin üzr istəməsini tələb
etmişdik. Üzr istəməsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar və bu
yolla onlar məhkəmə qərarını icra edəcəklər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9369

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31