Neftçala icra başçısının saxta MMC-lərlə mənimsədiyi milyonlar

müxtəlif MMC-lər vasitəsi ilə saga-sola xərclənib
rayonunun Qaramanlı inzibati ərazi dairəsinə aid, ümumilikdə 6500
sakini olan Astanlı, Qədimkənd, Qaralı, Kürqarabucaq kəndlərində əhali
pay torpaqlarından səmərəli istifadə edə bilmir. Hal-hazırda
cavabdehlərin məsuliyyətsiz fəaliyyəti nəticəsində 200 hektardan çox
ərazidə taxıl biçmək mümkün olmayıb. Bu məlumatı Qaramanlı kənd sakini Fərəcov Xalid Saday oğlu verib. Onun
bildirdiyinə görə kənd sakinlərinin taxıl zəmilərini biçə
bilməmələrinin başlıca səbəbi, 20 ildən artıqdir ki, direnaj
kollektorlarının qazılması nəticəsində qurunt sularının sahələrə
dolması, bitkinin mil kökünə ciddi ziyan dəyməsidir. Sözsüz
ki, bu işlərin görülməsinə məsuliyyət daşıyan Meliorasiya və Su
Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ
Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovdur. Baş verənləri araşdırarkən Azər ismaylovu tapıb mövqeyini öyrənə bilmədik.
Məlumatda
o da bilirilir ki, direnaj kollektorların təmizlənməsi üçün hər il
dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait ünvana çatmır, müxtəlif
yollarla işbazlar tərəfindən mənimsənilir. Əməkdaşımız
idarənin gördüyü işlərə dair maliyyə əməliyatlarını əks etdirən bəzi
sənədlər də əldə edib. Sənədlərdən aydın olur ki, ayrılan vəsaitlər
müxtəlif MMC-lər vasitəsi ilə saga-sola xərclənib. Siyahıya yenə məhşur
iş adamı Hacı Qurban Abbasov başçılıq edir. Onun
“İlkin” MMS-sinə 250.000 manatdan çox pul köçürülüb. Guya həmin
şirkətdən ehtiyat hissələri alınaraq idarənin tabeliyində olan
texnikalar təmir edilib, daha sonra kollektor qazıb.
Digər
əməliyyatlar “Elektro Servis” MMC və “Samir A.Ə.” MMC -lə aparılıb.
Təxminən bu müəssisələrə bir yerdə 230.000 manatdan çox pul ötürülüb.
Ancaq demək olar ki, heç bir iş görülməyib. Elə bu səbəblərdən bədbəxt kəndli min bir əzab-əziyyətlə əkdiyi məhsulu yığa bilmir. Bununla belə həllini gözləyən digər məsələlər də yerli əhalini ciddi narahat edir. Belə
ki, kənd sakinlərinin bildirdiyinə görə hal-hazırda Nefçalada 1 hekar
əkin sahəsinin suvarılması üçün 10 manat pul tələb olunur.
işləri həyata keçirən yerli SİB (Sudan İstifadəedənlər Birlyi) rəsmi
sənədlərdə müstəqil qurum kimi görünsə də, Neftçala Suvarma Sistemləri
İdarəsinın müdürü Elçin Əsədovun xeyir-duası ilə yaradılıb və onun
iradəsindən kənarda bir addım belə ata bilməz. Bu idarənin fəaliyyətində də ciddi nöqsanlar var. Bu bəradə oxucuları daha sonra məlumatlandıracağıq. Hələlik
isə qısa şəkildə 2012-ci ildə Qaramanlı kəndində layihə dəyəri 2 milyon
manat olan yeni nasos stansiyasının quraşdırılmasının naməlum
müəssisəyə həvalə edilməsindən danışaq.
Məlumatlara
əsasən, adı naməlum olan həmin müəssisə nasos stansiyalarını
quraşdıraraq tələm-tələsik Neftçala Suvarma Sistemləri İdarəsinə təhvil
verib. Biz o dövrlərdə həmin lahiyənin icrasıyla yaxından maraqlanıb görülən işləri araşdırdıq. Hətta təsbit etdik ki, təzə lahiyədə köhnə dəmir borulardan istifadə olunur. Həmin
dövrü əks etdirən fotolar arximizdə indi də durur. Onu da təsbit etdik
ki, smeta dəyəri 2 milyon manat olan bu layihə sənəd üzərində 2 ilə
yaxın bir zamanda qurulsa da, əslində, ona cəmi bir dəfə sınaq üçün su
vurulub.Ümumi uzunluğu 1-km olan Qurğuda nasazlıqlar aşkar olunub və bu günədək istismara yaralı hala salınmayıb(infom.az).
Short URL: http://www.cumhuriyyet.net/?p=9371