İran kəşfiyyatının Azərbaycanda facebook təxribatı
Facebook-dakı
“Azərbaycan İslam Cümhuriyyəti” səhifəsi dövlətə, onun dəyərlərinə,
ziyalılara, tarixi şəxsiyyətlərə meydan oxuyur
sizlərləyik. Yadınızdadırsa, keçən il dekabrın 21-də dünya dağılacaq
dedilər. Dünya dağılmasa da, həmin gün bizim səhifə açılmaqla
Azərbaycandakı qudurmuş kafirlərin dünyası dağıldı. Azərbaycanda,
facebookda səhifələr arasında ən çox şikayət edilərək bağlanması
arzulanan səhifə bizim səhifə oldu. Bu, bir rekord idi, kafirlər nə
qədər çalışdılarsa da, səhifəni bağlaya bilmədilər. Onlar ancaq özlərini
gülünc vəziyyətinə qoydular. Kafirlərin bu qədər alçaqlıqlarına
baxmayaraq, biz yenə də, öz yolumuz da irəliləyirik. Azərbaycanda islam
inqilabı yaxındır, inşallah”.
İslam Cümhuriyyətli” səhifəsi 2012-ci ilin dekabrdan etibarən
facebookda aktiv fəaliyyət göstərir. Səhifəni 27 min 937 nəfər bəyənib.
səhifələr arasında ən çox şikayət edilərək bağlanması arzulanan
səhifənin əsas hədəfi Azərbaycan, Azərbaycandakı proqressiv düşüncəli
insanlar, Türkiyə və türkçülükdür. Sadalananlar əleyhinə fəal təbliğat
aparılır. Azərbaycan, Türkiyə əleyhinə ən xırda detallar şişirdilərək
sosial şəbəkə istifadəçilərinə təqdim olunur. Hətta bəzi məqamlarda
çəkinmədən Azərbaycanın dəyərləri – eks-prezidentlər, yazıçılar, şairlər
açıqca təhqir olunur.
Əbülfəz Elçibəyi İsrailin kəşfiyyat orqanı MOSSAD agenti kimi qələmə
verən səhifədə onun əleyhinə yazılmış bir neçə yazıdan sitatlara nəzər
salaq:
başçısı ölkəsinin torpaqlarını başqa bir dövlətə satsın? Təəssüf ki,
belə hal Azərbaycanda baş verdi”.
ildə Şərqdə ilk demokratik respublikanı yaradan Məhəmməd Əmin Rəsulzadə
və silahdaşları da səhifədən öz nəsibini alıb. Belə ki, 28 May
Respublika gününü qondarma müstəqillik günü elan etmiş səhifədə
cümhuriyyət qurucularına “ingilis nökərləri” damğası vurulub: “İngilis
marşallarının dəstəyi ilə hakimiyyəti ələ keçirən Rəsulzadə və
komandasının İrəvanı Ermənilərə verməklə, qondarma Ermənistan dövlətinin
yaradılmasından 96 il keçir. Bu da sizin şərəfsiz öndərləriniz”.
İslam Cümhuriyyətli” səhifəsini idarə edənlər klassikləri də “yad”
etməyi unutmayıblar: “Cəsədi iylənən Axundov, arxasınca Mirzə Ələkbər
Sabir, Cəlil Məmmədquluzadə, son dönəmlərdə Rafiq Tağı və s. İndi
belələrinin adları şəhərlərə, küçələrə, parklara verilir”.
bunlarla bərabər, səhifədə qonşu İran İslam Respublikası “qardaş” elan
edilərək iranlı alimlər, müctehidlər mütəmadi reklam olunur. Səhifə
azərbaycanlıları qardaş Türkiyəni “qardaş” İranla əvəzləməyə çağırır.
diqqət edək: “Azərbaycanda Qardaş İran əleyhinə elə alçaqca kampaniya
aparılır ki, həqiqətən insan bunların ya cahil, ya da ki, vələdüzina
olduğuna inanır. Görəsən, İran əleyhinə kampaniya aparıb vələdüzinalıq
edən bişərəflər nəyə görə Türkiyədə baş verən, Azərbaycan əleyhinə olan
kampaniyanı görmürlər. Bu gün 10 minlərlə insan Türkiyədə “hepimiz
erməniyiz” deyib, şüvənlik salıblar. Və bunu Türkiyə mediası kifayət
qədər işıqlandırıb. Amma Azərbaycanın ortada qalmış vələdüzinaları isə,
kor olublar
mədəniyyətimiz birdir, tarix boyu düşmənə qarşı birgə mübarizə
aparmışıq. İki qardaş ölkəyik. Bəs nə üçün qardaş İran əleyhinə
Azərbaycan mediasında, alçaqca kampaniya aparılır. Bunun yeganə səbəbi
Azərbaycanın sionist lobbisi tərəfindən işğal olunmasıdır. Bəli sionist
lobbi Azərbaycan mediasının 90 faizini ələ alıb”.
paylaşılan istər tarixi, istər dini, istərsə də siyasi məlumatlar onu
deməyə əsas verir ki, səhifə ağzından süd iyi gələn bir uşağın və yaxud
da qanı damarda qaynayan dəliqanlı birinin əlində deyil. Belə desək,
səhifə əmin əllərdədir. Qolları kəsili Həzrəti Abbasın fotoları
yayımlanan səhifəni idarə edənlərin əlləri Azərbaycanın içinə uzanıb. Bu
əllər nə zaman kəsiləcək? Bu yaxınlarda, Milli Məclisi internetdə
böhtan və təhqirə görə cəzalar müəyyənləşdirib. Cinayət Məcəlləsinə
edilmiş dəyişikliyə əsasən, 147.1-ci (böhtan) və 148-ci (təhqir)
maddələrində “və ya kütləvi informasiya vasitəsində” sözləri, “kütləvi
informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet
informasiya ehtiyatında” sözləri ilə əvəz edilib.
147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı
şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan
məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya
kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək
miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1
ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. 148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi
çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya
vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən
alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək
müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət də, cinayətin cəzası da ortadadır. Bəs kimi gözləyirik?! /Lent.az/



Short URL: http://www.cumhuriyyet.net/?p=9372