Bu gün Qurban Məmmədovun apelyasiya şikayətinə baxılacaq
Əvvəlki prosesdə hakimlər vəkili şüşə qəfəsə salmaq istədi
Penitensiar Xidmət əməkdaşları bundan imtina etdi

Penitensiar Xidmət əməkdaşları bundan imtina etdi
Iyulun 3-də Bakı Apelyasiya Məhkəməsində hakim Ilqar Murquzovun
sədrliyi ilə vicdan məhbusu, hüquq müdafiəçisi, tanınmış vəkil Qurban
Məmmədovun Nəsimi Rayon Məhkəməsinin hökmündən vermiş olduğu apelyasiya
şikayətinə baxılıb.
Elə məhkəmə iclasının lap başlanğıcında hakimlər komik durumla
üzləşib. Belə ki, Qurban Məmmədovun vəkili Fəxrəddin Mehtiyev müdafiəni
səmərəli, onunla təmasın təşkil edilməsinin zəruri olduğunu bildirərək,
Qurban Məmmədovun təqsirləndirilən şəxslər üçün nəzərdə tutulmuş şüşə
qəfəsdən çıxarılaraq zalda əyləşməsinin təmin olunmasını tələb edən
vəsatət verdi. Hakimlər vəsatəti müzakirə edərək Qurban Məmmədovun zala
çıxarılmasının mümkün olmadığını, yalnız müdafiəçinin şüşə qəfəsə
salınmasının mümkünlüyünü dedilər və Penitensiar Xidmətin
əməkdaşlarından vəkil Fəxrəddin Mehtiyevin də şüşə qəfəsə salınmasını
tələb etdilər. Ancaq Penitensiar Xidmətin əməkdaşları bu tələbin
qanunsuz olduğunu və onların işini tənzim edən təlimata zidd olduğunu
bildirərək məhkəmənin bu təklifini rədd etdilər. Bildirdilər ki, yalnız
məhkəmənin yazılı qəbul edilmiş qərardadından sonra buna yol verə
bilərlər. Məhkəmə isə belə bir qərardad qəbul etməyərək, yalnız
təqsirləndirilən şəxslə vəkilin məsləhətləşməsini təmin etmək üçün beş
dəqiqəlik fasilə verdi və zalda əyləşmiş şəxslərin iclas zalından
çıxmalarını tələb etdi.
Beş dəqiqədən sonra məhkəmə iclası davam etdirildi. Öncə Qurban
Məmmədov tərkibdə olan hakimlərdən birinə, Mirzəli Abbasova etiraz etdi.
Çünki bundan əvvəl Nəsimi Rayon Məhkəməsinin onun barəsində seçmiş
olduğu qanunsuz və əsassız həbs qətimkan tədbirinin qüvvədə
saxlanılmasını təmin edən Apelyasiya tərkibində iştirakına görə.
Etirazdan sonra digər iki hakim müşavirə üçün zaldan çıxdı və qayıdaraq
etirazın təmin olunmadığını bildirdilər.
Bundan sonra Qurban Məmmədov sədrlik edən hakimə bir sualının
olduğunu bildirdi və dedi ki, yalnız sədrlik edən onun bu sualına cavab
verdikdən sonra o, qət edəcək ki, məhkəmə tərkibinə bütövlükdə etiraz
etsin, ya yox. Sədrlik edən qanunda məhkəməyə sual verilməsinin nəzərdə
tutulmadığını deyərək, sualı dinləmək istəmədiyini, “prosedur qaydalara
uyğun” prosesi davam etdirmək niyyətinin olduğunu dedi. Q.Məmmədov isə
bir ay qabaq notariusun istintaq təcridxanasına buraxılması üçün sədrlik
edənə məktub ünvanladığını və bu günədək heç bir cavab ala bilmədiyini
dedi: Niyə bu günədək qanuni tələbimə heç bir cavab verilməyib. Sədrlik
edən bu suala cavab verdikdən sonra biləcəm ki, indiki məhkəmə tərkibi
işimə qərəzli yanaşır, ya yox”.
Q.Məmmədovun salındığı şüşə qəfəsdə quraşdırılmış mikrofonun onun
boyuna münasib olmaması, yəni çox yuxarıda olması Q.Məmmədovun nitqinin
anlaşılmasında çətinlik yaradan texniki problem idi ki, bu xüsusatı da
vəkil F.Mehtiyev məhkəmə tərkibinin diqqətinə çatdırmışdı. Q.Məmmədov
yuxarıda göstərilən məzmunda çıxışını tamamladıqdan sonra məhkəmə
iclasına sədrlik edən Q.Məmmədova irad bildirərək sözlərinə diqqət
etməsini, məhkəməyə hörmətsizlik etməməsini tələb etdi. Q.Məmmədov
hörmətsizliyin nədə ifadə olunduğunu soruşanda isə sədrlik edən “necə
yəni nə hörmətsizlik? Siz indicə mənə dələduz dediniz, nə dediniz?”
Q.Məmmədov təkrarən “qərəzsiz” dediyini bildirdi, bunu digər şəxslər də
təsdiqləyərək qəfəsdə quraşdırılmış mikrofonun çox yuxarıda olduğu üçün
belə eşidilə biəcəyini dedilər və bu, zalda əyləşənlər arasında gülüş
doğurdu. Bu zaman sədr vəziyyətdən çıxış yolunu zalda əyləşmiş
şəxslərdən birini zaldan çıxarmaqda gördü.
Sonra məhkəmə iclası Q.Məmmədovun indiki məhkəmə mərhələsinədək vermiş olduğu aşağıdakı vəsatətlərin müzakirəsi ilə davam etdi.
1.”Şahid” Hüseynov Rəhbər Qubad oğlunun ifadəsindən sübut kimi istifadə edilməsinin qeyri-mümkün hesab edilməsi;
2.”Şahid” Mansurov Isa Mürsəl oğlunun ifadəsinin yolverilməz sübut kimi sübutlar içərisindən xaric edilməsi;
3.20-ci PB-nin keçmiş rəisi Sahib Babayevin şahid kimi dindirilməsi;
4.50 bəndlik vəsatəti, CPM-nin 311.1, 323.5, 323.6 və 91.5.13-cü maddələrinə uyğun olaraq;
5.Cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin pozulmasına son qoyulması;
6.CPM-nin 321.2, 321.2.4-cü maddələrinin tələblərinə əməl edilməsi, müdafiə hüquqlarının tam təmin edilməsi;
7.CPM-nin tələblərinin pozulması;
8.Dərhal azadlığa buraxılması;
9.Əlavə məhkəmə avto-texniki ekspertizasının keçirilməsi;Гї
10.Əlavə şahidlərin dəvət edilməsi;
11.Əlavə şahidlərin dindirilməsi barədə suallar;
12.Əməliyyat axtarış fəaliyyətinin gedişində əldə edilmiş
materialların sübut növü kimi tələb edilib iş materiallarına əlavə
edilməsi;
13.Hadisə yerinə baxış keçirilməsi və məhkəmə eksperimenti keçirilməsi;
14.Hadisə yerinə baxış keçirilməsi və yenidən ölçülər aparılması;
15.Həbs qətimkan tədbirinin dəyişdirilməsi;
16.Həbs qətimkan tədbirinin dəyişdirilməsi əvvəlki barədə;
17.Icraatın etibarsız sayılması barədə qərar qəbul etməyə dair vəsatət;
18.Konstitusiya Məhkəməsinə müraciət edilməsi;
19.Məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi;
20.Məhkəmə istintaqının tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək barədə və sədrlik edənin hərəkətlərinə etiraz;
21.Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi;Гї
22.Məhkəmə-linqivistik ekspertizasının keçirilməsi;
23.Prokuror və hakimin vicdanlılıq dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi;
24.Qətimkan tədbirinin ləğv edilməsi;
25.Şahidin dəvət edilməsi;
26.Füzuli Şirinovun şahid qismində dindirilməsi;Гї
27.Şahidlərin üzləşdirilməsi(Pərviz Xanlar);
28.Şahidlərin üzləşdirilməsi (Seymurla Isa Mansurovun);
29.Sübut kimi yolverilməz materialların məhkəmə baxışından xaric edilməsi;
30.51 və 69 saylı avtobus marşrutlarına dair sübutların tələb edilməsi;
31.Sübutların tələb edilməsinə dair;
32.Sxemləri sübut kimi iş materiallarına əlavə etmək;Гї
33.Təhlükəsizlik kameralarının iş materiallarında olan çəkilişlərinə baxış keçirilməsi;
34.Travmatologiya institutunun tibb bacısı Cavadovanın şahid kimi dindirilməsi;
35.Video çəkilişin göstərilməsi;
36.Əlavə şahidlərin və sübutların tələb edilməsi;
37.Məmmədov Elnur Qurban oğlunun əməliyyatı ilə bağlı sübutların tələbi;
38.Elvin hüseynovun dindirilməsi;
39.Hadisə yerinə baxış keçirilməsi və yeni ölçülərin aparılması;
40.Konstitusiya məhkəməsinə müraciətlə bağlı vəsatət;
41.Mansurov Isa Mürsəl oğlu və şahid Abdullayev Seymur Siyasət oğlunun üzləşdirilməsi materiallarının elan edilməsi haqqında;
42.Məhkəməavto-texniki ekspertizası təyin edilməsi;
43.Mütəxəssis dəvət edilməsi;
44.Rəhbər Hüseynov haqda əlavə məlumatların tələbi;
45.Sahə müvəkkili Fəxrəddinin şahid qismində dindirilməsi,
şahidlərin üzləşdirilməsi;
46.Təkrar məhkəmə tibbi ekspertizasının keçirilməsi;Гї
47.Təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası;
48.Üzləşmələr keçirilməsi;
49.Zərərşəkmiş P.Abasovun iştirakı ilə müstəntiq Miraqil Qiyasovun dindirilməsi və üzləşdirilməsi;
50.Əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər.
Daha sonra məhkəmə iş vaxtının bitdiyini bildirərək prosesin 08 iyul saat 15:00-a qədər təxirə salındığını elan etdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=9376