Ölmüş nənə nəvəsinin telefonuna o dünyadan "selfi" göndərdi

08.07.2014 - 10:38


Rumıniyanın cənub-şərqindəki Skurteşti şəhərinin sakinləri
Mixay familiyalı həmyerlilərinin ruhuna dua etmək üçün kütləvi şəkildə
kilsəyə axışır.

Buna səbəb ölmüş qadının ruhunun cəhənnəm əzablarına məruz qaldığını əks etdirən fotodur.

Virtualaz.org saytı Britaniyanın “Metro” qəzetinə
istinadən xəbər verir ki, sakinlərin hesab etdiyinə görə, qadın o
dünyadan nəvəsinin mobil telefonuna “selfi” göndərib. Həmin fotoda onun
boynuna ilan dolandığı görünür.

“Mən telefonu açdım və ölmüş nənəmin sifətini görəndə şoka düşdüm.
Onun boynuna ilana oxşar nəsə dolanmışdı, şəkil isə elə görünürdü ki,
sanki canlıların dünyasını ölülərin dünyasından ayıran pərdədəki
deşikdən çəkilib” – deyə qadının nəvəsi Cina Mixay bildirib.

Cina Mixay telefonu foto ilə birlikdə falçıya aparıb. Falçı deyib ki,
bu yolla nənəsi ona o dünyadan mesaj göndərir. Onun boynundakı ilan isə
qadının hansısa günahlarına görə o dünyada əzab çəkdiyini göstərir.

Cina Mixay istisna etmir ki, nənəsinin o dünyada cəzalandırılmasında
onun da günahı var. Çünki rumın ənənələrinin əksinə olaraq o, nənəsinin
qəbri üstünə yemək aparmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9380

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31