Britaniya mediası Ərdoğanı Türkiyə üçün təhlükə sayır

08.07.2014 - 10:39

“The Financial Times” Türkiyənin baş nazirini Putinə bənzətdi

“The Financial Times” Türkiyənin baş nazirini Putinə bənzətdi

İngiltərənin “The Financial Times”Гїqəzeti “Ərdoğanın ambisiyası və
Türkiyənin gələcəyi” başlıqlı məqalədə hazırkı baş nazir Rəcəb Tayyib
Ərdoğanı Türkiyə üçün təhlükə kimi qiymətləndirib. “Azadlıq” radiosunun
məlumatına görə, məqalədə bildirilir ki, baş nazirin hər şeyi nəzarətə
almaq istəyi Türkiyənin rifahına təhlükə yaradır.

Müəllif xatırladır ki, 2002-ci ildə islamçı Ədalət və Inkişaf
Partiyası (AKP) hakimiyyətə gələndən sonra Türkiyənin qeyri-sabit
hökumət koalisiyaları dövrünə son qoyuldu, o vaxtdan Türkiyə
iqtisadiyyatı dollar hesabı ilə 3 dəfə artıb: “Indi Ərdoğan prezident
olmaq istəyir. Ancaq vəziyyət dəyişib: Türkiyə iqtisadiyyatı zəifləyir,
Türkiyənin beynəlxlq aləmdəki nüfuzu azalır.

Son iki ildə Ərdoğanın Fətullah Gülənlə davası hökumətin korrupsiya
qalmaqallarına gətirib çıxardı. Gülən tərəfdarlarının ölkənin bürokratik
sistemində güclü dayaqları var.

Korrupsiya qalmaqallarına Ərdoğan istintaqlarla cavab verdi, onun öz sərt idarəçiliyini yumşaltmasının əlamətləri görünmür”.
Qəzetin
yazdığına görə, Ərdoğan ümid edir ki, ölkənin parlament sisteminə
əsaslanan siyasi sistemini özünün dövlət başçısı kimi, nüfuzuna və
xarizmasına əsaslanan siyasi sistemə çevirə biləcək. Tənqidçiləri isə
xəbərdarlıq edirlər ki, bu, güclü avtoritarizmə gətirəcək.

2011-ci ildə növbəti dəfə baş nazir olandan sonra Ərdoğan davranışı
əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan siyasətçiyə çevrilib.
“The
Financial Times” hesab edir ki, prezident seçkilərində Ərdoğan birinci
mərhələdə udmasa yaxşıdır. Daha doğrusu, bu, Türkiyə üçün yaxşı olacaq.
Çünki Ərdoğan ən azı, yeni sınağa çəkilməlidir.

Qəzet yazır ki, Ərdoğanı hazırda Atatürkə yox, daha çox Putinə
oxşadırlar. Indiki Ərdoğanın Türkiyəsi onun baş nazir olduğu ilk 10
ildəki Türkiyə deyil. Indiki Türkiyə o vaxtkı Türkiyə kimi heyranlıq
doğurmur.

Short URL: http://www.cumhuriyyet.net/?p=9381

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31