Qəribə və mistik ölümlər

08.07.2014 - 11:07

İnsan bu dünyaya sadəcə qonaq kimi gəlir. Necə deyərlər, “bu dünya pəncərədir, hər gələn baxıb gedər”.

Amma bəzi insanların bu dünyaya gəlişləri yox, məhz gedişləri daha mistik və daha maraqlı, hətta deyərdim, çox qəribə olur.

Əvvəlcə keçmişə səyahət edək.
Kəsik başın intiqamı
1892-ci ildə “Nəhəng” ləqəbli kral Siqurd Orkineyski döyüş zamanı düşmən
cəngavərinin başını qılıncla üzür. Qələbəni qeyd edən kral kəsik başı
atının yəhərinə bağlayır. Siqurd atı çaparkən kəsik baş onun ayağını
dişləyir. Sonradan dişlək yeri irinləməyə başlayır və kral qan
zəhərlənməsindən ölür. Belə desək, kəsilmiş başı ölmüş cəngavərin
qisasını alır.

1478-ci ildə Klarensk hersoqu Corc Plantanaqet ölüm cəzasına məhkum
olunur. Ona öz edam üsulunu seçməyi təklif edirlər. Yəni, zadəgan
olduğuna görə hörmət edirlər ki, nə cür ölmək istəyirsən, buyur seç.
Hersoqun arzusu ilə onu çaxır dolu çəlləkdə batırırlar.

1469-cu ildə isə digər aristokrata, ser Artur Astona sui-qəsd olur.
Düşmənləri şikəst zadəganın ayağındakı dəmir protezləri çıxarır və elə
bu protezlə onu döyərək öldürürlər.

1771-ci ildə İçveç kralı Adolf Frederik qulluqçulara bol yeməkli şam
yeməyi sifariş edir. Qarınqululuğu ilə məşhur olan kral bir oturuma
lobster, hisə verilmiş balıq, kələm şorabası, balıq kürüsü, 14 çeşiddə
başqa desert yemək yeyir. Bunlarla birlikdə çoxlu  şampan şərabı da
içir. Nəticədə kral partlamaya düşərək ölür.
Öz-özünə alışıb yanan meyit

Keçək zəmanəmizə. Yunan əsilli Mariya Pantazapulos toydan sonra bal ayını əri ilə birgə Monrealda keçirirdi.

Təzə gəlin yerli fotoqraflardan birinə pul verərək çay kənarında
fotosessiya etmək fikrinə düşür. Nə biləydi ki, fotosessiya zamanı çaya
düşərək batacaq.

Devid Pendlton adlı britaniyalı isə qəbiristanlıqda sevimli arvadının
məzarını tez-tez ziyarət edirdi. Hətta arvadının qəbrinin yanında özünə
də məzar qazdırmışdı. Bir gün yenə arvadının qəbri üstünə gələndə
soyğunçular Devidi gülləyib özü üçün hazırladığı qəbirə tulladılar.

1998-ci ildə Konqo Demokratik Respublikasında beynəlxalq səviyyəli
futbol matçı keçirilirdi. Hava yağmurlu olsa da, yerli milli komandanın
oyununa xeyli tamaşaçı gəlmişdi. Birdən şimşək çaxır və futbol
meydançasına ildırım düşür. Qonaq komandanın meydanda olan bütün üzvləri
həlak olur. Qəribədir ki, yerli komandadan heç kimin burnu belə
qanamadı.
Daha bir sirli ölüm – 2013-cü ilin fevralında ABŞ-ın Maldrou şəhərində
yerli polis evlərdən birində 65 yaşlı Denni Vanzattın yanmış meyitini
tapır. Qəribə burası idi ki, Denni yansa da, döşəmədə yanıq izi yox idi.
Onda polis ehtimal edir ki, bəlkə, mərhumu başqa yerdə yandırıb sonra
evinə gətiriblər. Amma ekspertizadan cavab gəlir ki, Denni Vanzart elə
tapıldığı yerdə olub. Kimsə ona toxunmayıb, kənara aparılmayıb. Yaxşı,
Denni alışıb-yanıbsa, bəs otaqda niyə yanıq izi yoxdur? Bu suala nə
istintaq, nə ekspertiza cavab tapdı. Sirli ölüm açılmamış qaldı.(publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=9384

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31