Azərbaycan Ermənistandan 7 dəfə qüdrətlidir

08.07.2014 - 11:21

Dünya Bankı dünyanın 191 ölkəsinin ümumi daxili məhsulun (ÜDM) həcminə görə reytinqini açıqlayıb.

 

Publika.az xəbər verir ki, hesabata əsasən Azərbaycan öz iqtisadiyyatının həcminə
görə keçmiş SSRİ-nin 6 ölkəsinin cəmini qabaqlayır və keçmiş sovet
məkanında iri iqtisadiyyata malik ölkələr arasındadır.

Hesabatda
deyilir ki, keçmiş SSRİ respublikaları arasında iqtisadiyyatının
həcminə görə Rusiya liderdir. Rusiyanın ÜDM-nin həcmi 2,1 trilyon
dollardır.

Rusiyadan
sonra ən iri iqtisadiyyata malik keçmiş sovet respublikası
Qazaxıstandır – 224,4 milyard dollar. Bu göstərici ilə Qazaxıstan
adambaşına düşən ÜDM-in həcminə görə orta səviyyəli ölkələri qabaqlayıb.
Qazaxıstan hesabata daxil edilən dünya ölkələri arasında 45-ci
yerdədir.

Qazaxıstandan sonra ÜDM-in həcminə görə Ukrayna gəlir – 177,4 milyard dollar. Ukrayna hesabatda 56-cı yerdə qərarlaşıb.

Ukraynadan
sonra keçmiş sovet respublikaları arasında ən iri iqtisadiyyata malik
ölkə Azərbaycandır. Azərbaycan 73,6 milyard dollarlıq ÜDM-lə dünya
ölkələri arasında 67-ci sırada yer alır.

MDB
respublikalarından Belarus 73.6 milyard dollarlıq ÜDM-lə Azərbaycandan
sonra gəlir. Özbəkistan 56,8 milyard dollarlıq ÜDM-lə Belarusdan bir
pillə aşağıdadır. MDB-yə daxil olmayan keçmiş sovet respublikalarından
Litvanın 42,3 milyard, Latviyanın 28,4 milyard dollar, Estoniyanın isə
24,5 milyard dollarlıq ÜDM-i var.

Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən (135) birindədir.

Gürcüstan
iqtisadiyyatının həcmi 16,1 milyard dollar, Tacikistan iqtsadiyyatının
həcmi cəmi 8,5 milyard dollardır. Qırğızıstanda isə ÜDM daha azdır – 7,2
milyard dollar.

Moldova
iqtisadiyyatı da Qırğızıstanla müqayisə oluna bilər – 7,9 milyard
dollar. Təbii qaz ehtiyatları ilə zəngin Türkmənistanın ÜDM həcmi 41,9
milyard dollardır.

İqtisadiyyatının
həcminə görə 10 ən iri ölkələr sırasında ABŞ liderlik edir – 16,8
trilyon dollar. Çin öz iqtisadiyyatının həcminə görə ABŞ-dan sonra
ikincidir – 9,2 trilyon dollar.

Növbəti
yerlərdə Yaponiya (4,9 trilyon dollar), Almaniya (3,6 trilyon dollar),
Fransa (2,7 trilyon dollar), Böyük Britaniya (2,5 trilyon dollar),
Braziliya (2,2 trilyon dollar), Rusiya (2,1 trilyon dollar), İtaliya
(2,1 trilyon dollar) və Hindistandır (1,9 trilyon dollar).

Hesabatdan
göründüyü kimi, Azərbaycan iqtisadiyyatı təxminən keçmiş SSRİ
respublikalarından Moldova, Gürcüstan, Ermənistan, Tacikistan,
Qırğızıstan və Estoniyanın iqtisadiyyatlarının cəminə bərabərdir.

Ayrıca
Azərbaycan onun torpaqlarının bir hissəsini işğal altında saxlayan
Ermənistandan iqtisadi baxımdan təqribən 7 dəfə qüdrətlidir. Ötən 10 il
ərzində Azərbaycan öz iqtisadiyyatını 20 dəfədən çox artırıb və
adambaşına düşən ÜDM-in həcminə görə orta gəlirli ölkələrin sırasına
daxil olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=9386

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31