Zakir Həsənovun ordu fiaskosu

08.07.2014 - 16:09

Generalların
savaşında Azərbaycan uduzur


 

Müdafiə
naziri Zakir Həsənov son vaxtlar medianın gündəminə populist bəyanatlarla
gəlir. Amma reallığın təhlili həmin bəyanatların nəinki gücünü azaldır, həm də
onun populizmdən kənara çıxmamasını açıq şəkildə göstərir. Bu gün iyul ayının
1-dir və bu günə kimi 47 nəfər hərbi qulluqçumuzu itirmişik. Bütövlükdə
götürdükdə isə, ötən ilin oktyabr ayından Zakir Həsənov müdafiə naziri
vəzifəsinin icrasına başladıqdan sonra ordumuzda qeyri-döyüş itkilərin sayı
kifayət qədər artıb. Bir qarış da olsun torpaq azad etmədən bunca itki vermək
təəssüf və qəzəb hissi doğurur. Çoxsaylı “Əsgər Anaları”,
“Ordunun Dostları” və adını çəkmədiyim qurumlar isə bu acı mənzərəyə
susur və yalnız kamera qarşısına çıxıb boğazdan yuxarı sözlər deməklə
məşğuldurlar.
Bir də, müxtəlif qurumlardan aldıqları qrant dəstəyi ilə
özlərinin varlığını göstərmək istəyirlər.

Müdafiə
nazirinin Silahlı Qüvvələr günü ilə əlaqədar imzaladığı əmri də müəyyən suallar
yaradır. Zakir Həsənov müdafiə naziri postuna təyin edildikdən sonra, ilk
təyinatlarından biri, yaxın qohumu olan,  Elxan İbrahimovu ordu sıralarına çağıraraq ona
birdən-birə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının sədri postunu
həvalə edib.  
Budurmu nazirin
haqq-ədalət dediyi məsələlər? Azərbaycanda “Koorupsiyaya qarşı mübarizə
haqqında” Qanunun 7-ci maddəsini kobud şəkildə pozulur, həm də Z.Həsənov vəzifə səlahiyyətlərinizdən
sui-istifadə edir.

Bu
gedişlə Zakir Həsənov nazir postu ilə deyəsən vidalaşmalı olacaq. Təyinatının
ilk anlarında hamının ümidilə yanaşdığı nazir ümidləri ictimai rəydə demək olar
ki, ciddi zədələdi. Düzgün hərbi salam belə vermədiyi ekspertlər tərəfindən
dəyərləndirilən Zakir Həsənov həm də orduda əsgər ölümü qarşısında aciz qaldı. Ondan
sonra əsgər ölümləri nəinki azaldı, bəzi məqamlarda sayda artımda oldu. 2013-cü
ildə ordumuzda 97 əsgər, onlardan 71 nəfər qeyri-döyüş şəraitində həyatını
itirib. Yuxarıda da göstərildiyi kimi son 2014-cü ilin rəqəmlərində əsgər
ölümünün ağılasığmaz həddində artdığının şahidi oluruq. Hətta hazırda ölənlərin
sayının 50-yə çatdığı bildirilir. Çox qəribədir ki, bu ölümlərin əksəriyyətinin
nədən baş verdiyi sona qədər açıqlanmır. Elə sonuncu ölüm faktıda bunu
sübutlayır. Nazirliyin öz mətbuat xidmətindən verilən məlumata görə, hadisə
iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən “N” saylı hərbi
hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz
Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran
İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib.
Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib. Maraqlıdır,
bəs nədən belə hadisələr baş verir? Bu ordudakı generalların birbaşa
səhlənkarlığı ilə bağlı deyilmi…

Bundan
başqa Zakir Həsənovun kadr təyinatlarında da olub-qalan ümidləri doğrultmadığı
bildirilir. Əslində həqiqətən də Zakir Həsənov anlaşılmaz təyinatlar edib,
sonra bu təyinatlardan imtina etdiyi hallar da olub. Hətta ilk anlarda Zakir
Həsənov ordu generallarını yaxşı tanımadığından əsasən Baş Qərargah rəisi
Nəcməddin Sadıkovun fikirləri əsas götürülürdü və hansısa maraqlar çərçivəsində
yersiz təyinatlar olurdu. Məhz bu təyinatlara görə də Zakir Həsənova orduda
yanaşma birmənalı olmadı. İndinin özündə belə bildirilir ki, Nəcməddin Sadıkov
daha çox təsiretmə imkanlarına malikdir və Zakir Həsənov hələ ki, bunu
neytrallaşdıra bilmir. Gəlin bir fakta baxaq. Azərbaycanın Hərbi Hava
Qüvvələrinin bir qrup zabiti redaksiyaya müracət edərək bu qoşun növünün
komandanı general-mayor Ramiz Tahirovun təyinatının ciddi narazılıq doğurduğunu
bildirib. Zabitlər bildirirlər ki, müdafiə naziri Zakir Həsənovun HHQ komandanı
vəzifəsinə 2011-ci ildə general-mayor rütbəsi almış Ramiz Tahirovu təyin etməsi
bütün şəxsi heyətin təəccübünə səbəb olub. Çünki R.Tahirov döyüş zabiti deyil,
uzun müddət, az qala 10 il döyüş təlimlərində iştirak etməyib və Prezident
Administrasiyasında köməkçi statusunda kabinet işi görüb.Bildirilir ki, R.
Tahirov isə vəzifəyə təyin olunan kimi iki xalası oğlunu, HHQ-də yüksək
vəzifələrə təyin edib. Onun əmrinə əsasən Müşfiq Şabanov HHQ Qərargah rəisinin
müavini, Emin Şabanov isə arxa cəbhə təminatı idarəsinin rəisi postlarına təyin
edilib. Zabitlər onu da bildirir ki, HHQ-də aparılan bu kadr dəyişikliklərinin
arxasında baş qərargah rəisi Nəcməddin Sadıkov dayanır. N.Sadıkov Müdafiə
Nazirliyində hakimiyyəti faktiki ələ alıb. Ekspertlər bildirir ki, son günlərdə
orduda gərginliyin yaranmasının başlıca səbəblərindən biri də budur ki, Zakir
Həsənovla Nəcməddin Sadıkov üz-üzə gəlib. Yəni iki general arasında
münasibətlər pozulub və nəticədə anlaşılmazlıqlar artıb.

Zakir
Həsənov yeni təyin olunanda Nəcməddin Sadıkov fürsətdən istifadə edərək kadr
islahatlarına müdaxilə etmişdi. Hətta ola bilsin ki, Zakir Həsənov kadr
dəyişikliyinə yenidən baxsın”. Bunu da qeyd edək ki, bir müddət öncə Müdafiə
Nazirliyi başqa bir problemlə də üz-üzə qaldı. Demək olar ki, hər gün Müdafiə
Nazirliyindən informasiya sızırdı və bu informasiya təhlükəsizliyinin tam
pozulması idi ki, bunun da məsuliyyəti Zakir Həsənovun üzərinə düşürdü. Çünki
məhz onun nazir təyinatından sonra sanki məxfi məlumatlar asanlıqla nazirlikdən
çıxarılırdı. Sonradan isə iddia olundu ki, Zakir Həsənovun əleyhinə
informasiyalar elə Nəcməddin Sadıkovun ən yaxın adamı tərəfindən sızdırılırmış.
Bütün bunlar isə belə rəy yaradır ki, Zakir Həsənov faktiki olaraq nazirliyi
təkbaşına idarə edə bilmir. Obrazli desək, Nəcməddin Sadıkovun qılıncı başının
üzərində dayanıb…

Short URL: http://www.cumhuriyyet.net/?p=9389

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31