İsrailin Azərbaycandakı keçmiş səfirinə korrupsiya ittihamı
İsrail dövlətinin Azərbaycandakı keçmiş səfiri Artur Lenk ölkəsində korrupsiyada ittiham olunur.
Modern.az xəbər verir ki, A. Lenk korrpusiya qalmaqalı və silah
ticarəti ilə məşğul olan milyarderlə əlaqələrdə ittiham olunur. Belə ki,
hazırda İsrailin Cənubi Afrika Respublikasında səfiri olan diplomat
Ayvor İçikoviçdən bahalı bəxşişlər almaqda şübhəli bilinir.
A. Lenk öz facebook- səhifəsində CAR-lı biznesmenlə keçirdiyi
istirahət anlarını, bir gecəsi 1700 dollara olan mehmanxanada
gecələməsini və həyat yoldaşı, 3 qızı ilə birlikdə safari səyahətlərini
təsvir edən fotoları paylaşıb. Güman olunur ki, milyarder İçikoviç
Lenkin bütün xərclərini şəxsən ödəyib. Halbuki İsrail Xarici İşlər
Nazirliyinin xidməti təlimatları bunu qəti qadağan edir.
Qeyd edək ki, Artur Lenk 2005-2009-cu illərdə İsrailin Azərbaycandakı səfir olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=9402