Dünyanın 10 ən təhlükəsiz ölkəsi
Gürcüstan dünyanın 10 ən təhlükəsiz ölkəsindən biridir
Gürcüstan dünyanın ən təhlükəsiz (ən az kriminal olayların, qətl,
qarət və soyğunçuluqların baş verdiyi) ölkələrin onluğuna düşüb.
Musavat.com-un Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, siyahını
ABŞ-ın statistik saytı olan Lifestyle9.com Dünya Bankı və Federal
Təhqiqatlar Bürosunun məlumatları əsasında tərtib edib.
Gürcüstan onluqda 8-ci yeri tutub. Ən təhlükəsiz ölkələrin siyahısına
Yaponiya başçılıq edir. Onluğa habelə Tayvan, Honkonq, Cənubi Koreya,
Birləşmiş Ərəb Əmirlikləri, Malta, Bəhreyn, Lüksemburq və Sinqapur
daxildir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9406