Azərbaycan əhalisi "yemək üçün yaşayır"

09.07.2014 - 00:00

ABŞ-ın Kənd Təsərrüfatı Departamenti (USDA) dünya ölkələrinin əhalisinin
qazancının hansı hissəsinin ərzağa sərf olunduğunu əks etdirən
hesabatla çıxış edib.

Virtualaz.org
xəbər verir ki, Azərbaycan bu göstərici üzrə dünyanın ən geridə olan
ölkələri arasındadır və Pakistan, İndoneziya kimi ölkələrlə yanaşıdır.
Hesabata
görə dünyada ərzağa qazandıqlarının ən az hissəsini xərcləyən Amerika
əhalisidir. Bu ölkədə əhali qazancının cəmi 6.6 faizini ərzağa sərf
edir. Qalanını isə keyfiyyətli tibbi xidmətə, təhsilə, istirahətə,
əyləncəyə və digər məqsədlərə xərcləyir.
İnkişaf etmiş ölkələrdən Böyük Britaniya, Kanada və Almaniya əhalisi isə qazancının orta hesabla 9 faizini ərzağa sərf edir.
ABŞ
Kənd Təsərrüfatı Departamentinin araşdırmasına görə daha varlı
ölkələrin əhalisi gəlirlərinin daha az hissəsini ərzağa xərcləyir. Bunun
intuitiv mənası var. Belə ki, insanın fiziki olaraq sərf edə biləcəyi
ərzağın yuxarı həddi var və ölkələr varlandıqca onların əhalisi də
qazandıqlarının daha çox hissəsini səhiyyə, əyləncə və istirahət kimi
sahələrə sərf edə bilirlər. Məsələn, Cənubi Koreya əhalisi 1975-ci ildə
qazancının üçdə birini ərzağa sərf edirdi, hazırda isə bu rəqəm cəmi 12
faizdir.
Araşdırmaya
görə əhalinin qazancının hansı hissəsini ərzağa sərf etməsi bir
tərəfdən onun gəlirlərinin səviyyəsi ilə bağlıdırsa digər tərəfdən ərzaq
qiymətlərinin də buna təsiri var. Məsələn, orta statistik amerikalı
ildə ərzağa 2273 dollarr xərcləyir. Söhbət ev şəraitində istifadə olunan
ərzaqdan gedir. Orta statistik Almaniya sakini isə ildə 2481 dollarlıq
ərzaq alır. Fransada bu rəqəm 3037 dollar, Norveçdə isə daha böyük-4485
dollardır. Bunda Avropada ərzaq qiymətlərinin nisbətən baha olmasının da
rolu var.
Maraqlıdır
ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin araşdırmasına görə qazancının
ən çox hissəsini ərzağa sərf edən Azərbaycan əhalisidir. Azərbaycanda
əhali qazancının az qala yarısını-48.5 faizini ərzağa sərf edir.
Pakistanda bu rəqəm 45.4 faiz, İndoneziyada 44.1 faiz, Nigeriyada 44.9
faiz, Əlcəzairdə 43.8 faiz, Gürcüstanda 42.1 faiz, Belarusda 44 faiz,
Ukraynada 42.2 faizdir.

cumhuriyyet.info

Short URL: http://www.cumhuriyyet.net/?p=9409

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31