Beynəlxalq Universitetlə bağlı daha bir cinayət işi açıldı

09.07.2014 - 00:10

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq
Universitetinin müvafiq fakültələrinə qanunsuz köçürülmə, ali təhsil
haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri
tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması üzrə Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı Mahmud
Əfəndiyevin Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz yataqlarının
istismarı və işlənməsi fakültəsinin dekanı vəzifəsində işləyərkən
universitetin rektoru Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir
olublar. Həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə
imtahan verərək ali məktəblərə qəbul olmayan ayrı-ayrı şəxslərin
Mahaçqala şəhərində yerləşən ali təhsil müəssisələrinə tələbə kimi qəbul
olunmaları və təhsil almaları barədə bilə-bilə yalan məlumatlar daxil
etməklə rəsmi sənədlər tərtib ediblər.

Təhsil Nazirliyinin razılığı olmadan II kursdan Azərbaycan Beynəlxalq
Universitetinə köçürülmələri üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 40
min 500 manat məbləğində külli miqdarda rüşvət almasında şübhələr üçün
əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb
olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və
311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrində nəzərdə tutulan
ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Elşad Abdullayev və qeyriləri barədə cinayət işi ayrıca icraata ayrılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9411

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31