Sovet KQB-nin dəhşət doğuran eksprimenti

09.07.2014 - 02:22

Eksperimentdə 5 əsir: KQB zindanı, öz ətlərini yeyən insanlar

1940-cı
ilin sonlarında rus tədqiqatçıları 5 insanı 15 gün oyadıcı qazla oyaq
saxlayırlar. Təcrübə üçün seçilmiş həmin beş nəfər İkinci Dünya
müharibəsində ələ keçirilmiş əsirlər idi. Onlar Oksigen səviyyəsinin
nəzarət edildiyi otaqlarda qalırdılar. Kamera sistemləri bağlanılmışdı,
yəni onları izləyə bilmək üçün yalnız mikrofonlar və 5 düyümlük kamera
pəncərəsinə bənzəyən müşahidə şüşələri vardı. Bu barədə persona.az saytı
yazıb.
Saytın yazdığına görə, otaq kitablarla, döşəksiz çarpayılarla, su ilə, bir ay yetəcək yeməklə də dolu idi.
İlk
beş gün hər şey yaxşı gedirdi; dustaqlar otuz gün ərzində yatmadan
testə tab gətirə bilsələr, sərbəst buraxılacaqdılar. Gündən-günə onların
hər hərəkətlərini və fəaliyyətlərini izlədikləri zaman keçmişlərində
baş vermiş travmatik hadisələri danışdıqlarının şahidi olurlar. Dörd gün
boyunca bu vəziyyət get-gedə anlaşılmaz bir hal alır.
Beş gündən
sonra dustaqlar şikayət etməyə və onları idarə edənlərin harada olduğunu
araşdırmağa başladılar. Bir-birləriylə danışmağı kəsdilər, şüşələrə
pıçıldamağa başladılar.
Doqquz gündən sonra ilk olaraq bir dustaq
qışqırmağa başladı. Üç saat otağın içində qaçaraq qışqırdı. O, heç bir
şey söyləmədən qışqırırdı. Tədqiqatçılar, dustağın səs tellərinin
parçalandığını güman etdilər. Daha maraqlı olan şeysə digər dustaqların
buna necə reaksiya verdiyi, ya da reaksiya vermədikləri idi. İkinci
dustaq da qışqırmağa, digərləri isə mikrofonlara pıçıldamağa başladılar.
Onlar kitabları cırdılar, səhifələri bir-bir üzlərinə sürtüb sakitcə
müşahidə şüşələrinə yapışdırınca, qışqırıqlar dərhal kəsildi.
Üç gün
keçdi. İçəridəki beş dustağın səsi kəsiləndə tədqiqatçılar
mikrofonların işləyib-işləmədiyini yoxladılar. Mikrofonlarda problem yox
idi. Otaqdakı oksigen səviyyəsi hamısına çatacaq səviyyədə idi. On dörd
gündə araşdırıcılar dustaqlardan heç bir məlumat ala bilməyincə otağa
girməyə qərar verdilər. Onların ölə biləcəklərindən qorxurdular.
Xəbərdarlıq
etdilər: “Mikrofonları yoxlamaq üçün içəri giririk, qapıdan çəkilin və
yerə yatın. Əks halda, güllələnəcəksiniz. İtaət edələrdən biri dərhal
azadlığa qovuşacaq”.
İçəridən sakit bir səslə cavab gəldi: “Artıq azad olmaq istəmirik”.
Hərbçilər
və tədqiqatçılar arasında buna görə mübahisə baş verdi. Daha çox
reaksiya verib qışqırtmamaq üçün on beşinci günün gecə yarısı otağın
qapısının açılmasına qərar verildi. Otaq birdən təmiz havayla doldu və
oyaq saxlayıcı qaz çölə boşaldıldı. Mikrofonlar bir anda işə başladı. Üç
fərqli səs yalvarırdı; çöldə onları gözləyən ailələri, sevdikləri
olduğunu bildirirdilər. Əsgərlər dustaqları çıxarmaq üçün otağa
göndərildilər. İndiyə qədərki ən yüksək qışqırıq səsi içəriyə girən
əsgərlərdən gəldi. Beş dustaqdan dördü hələ yaşayırdı, təbii, buna
yaşamaq deyilərdisə.
Yemək ərzaqlarına çox toxunulmamışdı.
Dustaqlardan biri ölmüşdü. Ombasına və sinəsinə topa-topa ət
doldurulmuşdu. Otağın döşəməsinə sərilmişdi, otaq bir qədər suyla
dolmuşdu. Su hesab etdikləri mayenin qan olduğu o an hiss edilmədi.
“Xilas edilən” dörd dustağın saqqalları uzanmış, dəriləri sanki
paramparça olmuşdu. Dırnaqlarındakı parçalar bu yaraları onların
özlərinin etdiklərini göstərirdi. Yaralar və bədəndə oyuqların açılması
həm də göstərirdi ki, onlar bir-birlərinə də hücum edirmişlər…
Dörd
dustağın da qarın nahiyəsindəki orqanlar və qabırğaları az qala yox
kimi idi. Ürək, ağciyər diafraqma əvəzinə, dəri və qabırğaya bitişik
əzələlərin çoxu döş qəfəsinin xaricinə yapışmışdı. Qan damarları və
orqanlar möhkəm qalsa da, digərlərini çıxarıb yerə atmışdılar. Lakin
onlar hələ “yaşayırdılar”. Dördünün də həzm sistemləri işləyirdi. Günlər
sonra yoxlama aparıldıqda, əslində, yediklərinin öz ətləri olduğu
ortaya çıxdı. Əsgərlərin çoxu rus xüsusi xidmət orqanlarında
çalışmışdılar, lakin heç biri otağa girib dustaqları qaldırmağa cəsarət
edə bilmədi. Əsgərlər otaqdan çıxarılmaları üçün yalvarıb qışqırarkən
oyadıcı qaz geri sızdı, onlar da yuxuya getdilər…
Dustaqların
otaqdan çıxarılmamaları üçün apardıqları mübarizə hər kəsi çox çaşdırdı.
Bir rus əsgər boğazından yaralandığı üçün öldü, digəri isə
dustaqlardan birinin dişləriylə gəmirdiyi üçün yaralandı. Digər beş
əsgər isə intihar etdi.
Yaşayan dörd dustaqdan birinin dalağı
partladı və qanı çölə axmağa başladı. Tibbi tədqiqatçılar onu
sakitləşdirməyə çalışdılar, amma bu qeyri-mümkün idi. Bir insanın ala
biləcəyi morfidən daha çox qəbul etməsinə baxmayaraq, hələ küncə
sıxışdırılmış bir heyvan kimi mübarizə aparırdı. Bir həkimin qolunu və
qabırğasını qırdı. Dustağın dövran sistemində qandan çox hava vardı.
Ürəyi dayananda belə qışqırmağa davam etdi, üç dəqiqə boyunca özünü
döydü. “Hər kəsə hücum, daha çox!” sözlərini təkrar edərkən getdikcə
gücsüzləşdi və səssizcə yerə yıxılıb öldü.
Sağ qalan üç dustaq tam
təchizatlı bir tibb mərkəzinə aparıldı. Sağlam səs telləri olan iki
dustaq oyaq qala bilmək üçün daha çox qaz tələb edirdilər. Onların
orqanlarını təkrar yerləşdirmə mərhələsində sakitləşdirici dərmanlara
qarşı immunitet qazandıqları aşkarlandı. Dustaqlardan biri iplə
bağlanmasına baxmayaraq, hirslə ətrafdakılara hücum edirdi. Sonda dörd
düyümlük dəri ipləri qırmağı bacardı. Onu qüvvətli bir əsgər möhkəmcə
tuturdu. Dustağı sakitləşdirmək üçün normal dozada anesteziya istifadə
olundu və gözləri bağlandı. Ürəyi dayanmışdı…
Yarılma nəticəsində
qandakı oksigenin miqdarının normadan üç qat çox olduğu məlum oldu.
Əzələləri skeletinə elə yapışmışdı ki, qoparılarkən doqquz sümüyü
qırıldı.
Həyatda qalan iki nəfər isə beş nəfərin arasında ilk
qışqırmağa başlayanlar idi. Səsyazmalar yox edilmişdi.Yalvaracaq
vəziyyətdə deyildilər, tək bacardıqları başlarını nizamsız bir şəkildə
hərəkət etdirmələri idi. Bunlar anesteziyanın təsirindən doğan nəticələr
idi. Sonrakı bir əməliyyat zamanı yenidən anesteziya verildi.
Orqanlarını bərpa edərkən altı saat boyunca heç bir reaksiya vermədilər.
Bir tibb bacısı bir neçə dəfə xəstənin əməliyyat əsnasında
gülümsədiyinin şahidi oldu. Əməliyyat bitdikdən sonra xəstə zümzümə
etməyə başladı. Həkimlərdən biri xəstənin əhəmiyyətli bir şey
söylədiyini güman edərək qələm və qeyd dəftərini alıb onun yanına getdi.
Xəstənin dodaqlarından səslənən sözlər otaqdakıları dəhşətə gətirdi:
“Kəsməyə davam et”.
Digər iki dustaq da eyni cür əməliyyat edildi.
İkisinə də anesteziya əvəzinə onları iflic edən bir dərman verildi.
Əməliyyatı reallaşdırmaq qeyri-mümkün idi, çünki iki xəstə də gülüb
dururdu. Təkrar danışdıqları zaman canlandırıcı qaz istədiklərini
söylədilər. Tədqiqatçılar onlara niyə öz bağırsaqlarını parçaladıqlarını
və təkrar qaz verilməsini istədiklərini soruşdular. Tək cavab bu idi:
“Oyaq qalmaq gərək idi”.
Qalan üç dustağı daha möhkəm bağladılar və
onlarla nə ediləcəyinə qərar verənə qədər gözləmə otağına göndərdilər.
Komandir təkrar qaz veriləndə nə olacağı ilə maraqlanırdı. Tədqiqatçılar
buna etiraz etdilər, amma heç kəs dillənmədi.
Otağın içində təkrar
möhürlənməyə hazırlanan dustaqlar EEG monitoruna bağlıydılar. Sürpriz
olan isə təkrar qaz alacaqlarını eşitdiklərində çırpınmalarının
dayanması idi. Onlar özlərini oyaq qalmağa məcbur edirmiş kimi idilər.
Biri zümzümə edərək danışmağa çalışırdı. Digər dustaqlar başını yastığa
qoymur və davamlı olaraq kipriklərini qırpırdılar. EEG monitorunda
görünən beyin dalğaları çaşdırıcı idi. Hesabatlarına baxarkən bir tibb
bacısı xəstələrdən birinin başını yastığa qoyduğu anda gözlərinin
qapandığını hiss etdi. Beyin dalğaları onun yuxuya getdiyini göstərirdi.
Sonra yenidən əvvəlki vəziyyətinə qayıtdı. Bu an isə ürəyi
dayanmışdı…
Qalan iki dustaq isə təkrar möhürlənmək üçün
qışqırmağa başladı. Beyin dalğaları eynilə yuxudan ölən dustağınkı kimi
oldu. Komandir onların yenidən möhürlənməsini əmr etdi. Tədqiqatçılardan
biri silahını çəkib komandiri vurdu. Sonra silahı səssiz dayanan
dustağa tuşladı və onun beynini dağıtdı. Silahı sonuncu dustağa
yönəltdi: “Bu şeylərlə eyni yerdə bağlanıb qalmayacağam!” Adama bağırdı:
“Nəsən sən?! Bilmək məcburiyyətindəyəm!”
Dustaq gülümsədi: “Bu
qədər asanmı unutdun?” “Biz sizik. Biz sizin içinizdə yatan dəliliyik,
hər an sərbəst olmağı gözləyən dəli heyvanlarıq. Biz yatağınızın altında
saxlananlarıq… “
Tədqiqatçı dayandı. Sonra silahı dustağın ürəyinə istiqamətləndirib atəş açdı. Dustaq ölərkən, “Hardasa… azad …” dedi.
Murad İbrahimli

Short URL: http://www.cumhuriyyet.net/?p=9419

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31