Suriyada döyüşən Azərbaycanlıdan şok açıqlamalar

09.07.2014 - 03:02

Əbu-Bəkr əl Azəri ləqəbli azərbaycanlı Suriyaya necə getdiyini, orda döyüşməsinin səbəbləri barədə danışıb

Əbu-Bəkr əl Azəri ləqəbli azərbaycanlı Suriyaya necə getdiyini, orda döyüşməsinin səbəbləri barədə danışıb

 

Suriyada Ən-Nusra cəbhəsinin tərkibində Bəşər Əsədə qarşı döyüşən azərbaycanlı publika.az-a özəl açıqlama verib. 
Əbu-Bəkr əl Azəri ləqəbli azərbaycanlı Suriyaya necə getdiyini, orda döyüşməsinin səbəbləri barədə danışıb.

“Bizi Azərbaycanda çox tənqid edirlər, lakin bura gəlməyimiz səbəbsiz
deyil. Səbəbi əvvəlcə Azərbaycanda axtarmaq lazımdır. Bizə təzyiq
edirdilər, camaatın özü qəbul etmirdi. Media vəhhabi damğası ilə
üstümüzə çox gəlirdi. Polis saqqalımızı kəsirdi. Buna görə də Suriyaya
getmək qərarına gəldik”, – deyə o, Suriya döyüşünə qatılmasının səbəbini
belə izah edib.Əsl adını açıqlamayan azərbaycanlı mücahid özü haqqında informasiya
verməkdən imtina edib: “Mənim kim olduğum, yaxud Azərbaycanda vaxtilə nə
iş gördüyümün nə fərqi var. Mən Allah yolunda döyüşürəm və burda kimsə
mənim dinimə qarışmır. Mənimlə birgə burda digər azərbaycanlı
qardaşlarımız da var. Biz Allahın dini uğrunda vuruşuruq, bizi tənqid
edə bilərlər, təhqir edə bilərlər, amma bizim yolumuz doğru yoldur.
Bizim burdan sadəcə bir istəyimiz var ki, ölkəmizdə qardaşlarımıza bir
az azadlıq verilsin, heç kim barmaqla göstərməsin. Çox şeymi istəyirik?”

Əbu-Bəkr əl Azəri Suriyaya 1 il 5 ay öncə Türkiyə vasitəsilə getdiyini
deyib. Bildirib ki, ailəsi də Suriyada olduğunu bilir: “Bu açıqlamanı
verməkdə məqsədim bizim haqqımızda Azərbaycandakı yanlış
informasiyaların doğru olmadığını aydınlaşdırmaqdır”.

“Geri qayıtmaq fikriniz varmı?” sualına azərbaycanlı mücahid “belə bir
 fikrim yoxdur, bura çoxları geri qayıtmamaq üçün gəlib” deyə cavab
verib.

“Biz bir gün yaranacaq həqiqi islam dövləti üçün vuruşuruq, o dövlət ki,
orda heç kim heç kimi təhqir etməyəcək və hər şey Allahın qanunları ilə
idarə olunacaq”, – deyə azərbaycanlı mücahid son olaraq qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9420

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31