Sabirabaddakı olayı törədənin ailəsi
Cavanşir Zərbaliyevdən, onun ailə üzvlərindən oğlumun hərəkətlərinə görə
üzr istəyirəm, peşmançılıq keçirdiyimizi bildirirəm”
Sabirabadda baş vermiş insidentlə bağlı həbs olunan rayon
sakinin ailəsi ictimaiyyətə və mediaya müraciət edib. Təqsirləndirilən
şəxsin atası Ramiz Xanlar oğlu Zeynalovun lent.az-a ünvanladığı
müraciətdə qeyd olunur ki, iyulun 4-də oğlu Rəmzi Zeynalovun Sabirabad
şəhər bazarında Kürdəmir rayon Sığırlı kənd sakini Cavanşir Zərbaliyev
arasında baş verən narazılıq internetdə yayılıb: “Həmin hadisə
rayonumuzda ortalığı qarışdıraraq sabitliyi pozmaqda maraqlı olan
şəxslər tərəfindən mobil telefonlarla çəkilərək internetdə yayılıb. Bu
hadisə ilə bağlı oğlum Sabirabad rayon polis şöbəsinin əməkdaşları
tərəfindən həbs edilib. Mən və ailəmiz belə bir hadisənin baş
verməsindən təəssüflənirik və peşmançılıq hissi keçiririk”.
R. Zeynalov qeyd edib ki, onun ailəsinin adından istifadə edib,
yenidən təxribat yaratmağa çalışılmasından narahatdır: “Bu gün də sosial
şəbəkələrdə guya Rəmzinin oğlu, nəvəm Ramizin adından yalan məlumatlar
yazılıb. Nəvəmin adından yazıblar ki, guya oğlumun bu hərəkəti etməsinə
əvvəlcədən polis razılıq verib. Hər kəsə bildirmək istəyirəm ki, mənim
nəvəmin internetdə yazıldığı kimi 20 yox, 12 yaşı var. Nəvəm
məktəblidir, 8-ci sinif şagirdidir. Həmin yazıları nəvəmin adından
kimlərsə ara qarışdımaq məqsədilə yazır. Mən ailəmizin adından istifadə
edən şəxslərin tapılıb məsuiliyyətə cəlb edilməsini istəyirəm”.
R. Zeynalov mətbuata da müraciət edərək, təxribatçı fikirləri tirajlamamağı xahiş edib.
Təqsirləndirilən şəxsin atası zərərçəkən şəxsdən üzr də
istəyib: “Öz adımdan və ailəmin adından Cavanşir Zərbaliyevdən, onun
ailə üzvlərindən oğlumun hərəkətlərinə görə üzr istəyirəm, peşmançılıq
keçirdiyimizi bildirirəm”.
Qeyd edək ki, Rəmzi Zeynalov insidentdən sonra saxlanııb.
Dünən isə Sabirabad rayon Məhkəməsi onun barəsində iki aylıq həbs
qətimkan tədbiri seçib.
R. Zeynalovla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9423