"İŞİD ən böyük zərəri Türkiyəyə verəcək"

09.07.2014 - 08:34

Anaxeber.az-ın anspress-ə
istinadən məlumatına görə, bu barədə Suriya Müxalif və İnqilabçı Güclər
Milli Koalisiyası baş katibi Bədir Camus deyib. O bildirib ki, İraq və
Şam İslam Dövlətinin (İŞİD) Suriya və İraqdakı irəliləyişi fəlakətdir. 

Hələbin də İŞİD-in əlinə keçməsinin an məsələsi olduğunu söyləyən
Camus, radikal təşkilatın ən çox Türkiyəyə ziyan vuracağını qeyd edib.
Türkiyənin regiondakı siyasətini yenidən nəzərdən keçirməsini istəyən
Camusa görə, İŞİD-in qarşısı alınmazsa, Türkiyə üçün istənməyən
hadisələr baş verə bilər. 

Baş katib İran və Suriya kəşfiyyatının İŞİD-i peşəkar formada
istiqamətləndirdiyini iddia edir. Radikal təşkilatın bölgədə Türkiyə
daxili sərhədlərini tanımayacağını söyləyən Camus təşkilatın Türkiyədə,
Səudiyyə Ərəbistanında və İordaniyada olacağnı bildirib. Onun fikrincə,
İŞİD regionda yalnız İrana girməyəcək. Camus İŞİD-i İranın idarə
etdiyini iddia edib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9424

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31