İŞİD yenə dünyanı qorxuya saldı

09.07.2014 - 11:55

Rəsmi Bağdad paytaxtın şimal-qərbindəki kimyəvi silah anbarının “İraq-Şam İslam Dövləti” tərəfindən ələ keçirildiyini rəsmən BMT-yə bildirib.
Axar.az xəbər verir ki, həyəcan təbili çalan İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim tərəfindən Baş katib Pan Ki-Muna verilən məktubda iyunun 11-də Bağdad yaxınlığındakı “Muthanna” kimyəvi silah anbarının terrorçular tərəfindən ələ keçirildiyi qeyd olunub.
Məktubda o da vurğulanıb ki, İraq hökuməti bölgədəki sabitliyin pozulması səbəbindən buradakı kimyəvi silahları məhv etmək üçün götürdüyü öhdəliyi yerinə yetirə bilməyəcək.
Xatırladaq ki, Mosul və ətraf əraziləri işğal edən İŞİD, Bağdadı təhdid edərək iyunun 29-da İraqda Xilafət qurulduğunu elan etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=9426

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31