Füzulidə baramaçılığın inkişafına inkişafına ciddi diqqət yetirilir

23.05.2017 - 00:27

Prezident cənab İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Qazaxlar, Əhmədalılar, Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərində olmuş, həmin kəndlərdə ipəkqurdu saxlayan kümçülərlə görüşüb görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyyələr vermişdir. Bildirilmişdir ki, baramaçılıq xüsusilə 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu. Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir.
Alı Alıyev ipəkqurdu saxlayan kümçülərə bildirmişdir ki, keyfiyyətli barama əldə etmək üçün tut yarpağının bol olması ən vacib şərtlərdən biridir. Çünkü ipəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.
İpəkqurdu saxlayan kümçülər isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndirdilər. Bildirdilər ki, baramaçılığın inkişafı kənd əhalisinin sosial-rifah halının yüksəldilməsinə, məşğulluğunun artırılmasına xidmət edən amildir.
Qeyd olunmuşdur ki, ölkə başçısının baramaçılığın inkişafına dair tapşırıq və göstərişlərinə uyğun olaraq may ayının əvvəlində 730 qutu, 13870 qr barama toxumu rayona gətirilərək 300-ə yaxın kümçüyə paylanılmışdır. Rayonda barama saxlayan təcrübəli kümçülər tərəfindən ipəkqurdlarına lazımı aqrotexniki qulluq göstərilir. Hazırda ipəkqurdular məhsul istehsalının sonuncu mərhələsindədirlər. Yaxın günlərdə ipəkqurdular barama sarımağa başlayacaqlar. Hazırda yaş baramanın 1 kq-nın 9 manat olmasını nəzərə alsaq istehsal olunacaq 30 tondan artıq baramdan rayon sakinləri qısa müddət ərzində 300 min manatdan arıq vəsait əldə edəcəklər. Təkcə baramaçılıqla bu il 1200-1500 nəfər məşğul olacaq ki, bu da əlavə iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94310

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930