İŞİD peyğəmbərin qəbrini dağıtdı
Terrorçular iddia edir ki, dua edilən bu qəbirlər islamda qəbul edilmirTerrorçular iddia edir ki, dua edilən bu qəbirlər islamda qəbul edilmir
İraqda İŞİD daha bir dəhşətli addım atıb. ANS PRESS-in məlumatına
görə, terrorçular Mosul şəhərində baltalarla köhnə daş qəbirləri
dağıdıb. Həmin qəbrlərdən birinin müsəlman və xristianlar üçün müqəddəs
sayılan Yunus peyğəmbərə aid olduğu bildirilir.
İŞİD iddia edir ki, müəslmanlar üçün müqəddəs sayılan və dua edilən
bu qəbrlər islamda qəbul edilmir. Ona görə də terrorçular qəbrləri
dağıdıb.
Qeyd edək ki, İŞİD ötən ayın əvvələrindən İraqda ordu qüvvələrinə
qarşı hücumlara keçib. İyunun 9-da ölkənin böyük şəhərlərindən biri olan
Mosulu ələ keçirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=9443