İqtidarda kimlər oruc tutur?

11.07.2014 - 08:32

Zahid Oruc: “Mən özüm elə ömürlük orucam”

Aydın Mirzəzadə: “Dini qaydaların bir qisminə riayət etsəm də oruc tutmuram”; Zahid Oruc: “Mən özüm elə ömürlük orucam”

Hazırda
mübarək Ramazan ayını yaşayırıq. Son illər Azərbaycanda oruc tutan,
ibadətlə məşğul olanların sayı sürətlə artır. Maraqlıdır, Azərbaycanda
nazir, deputat və digər səlahiyyətlilərdən kimlər oruc tutur?

 
 
 

Sualımızı
cavablandıran YAP-çı millət vəkili Aydın Mirzəzadə oruc tutmadığını
bildirdi: “Dini qaydaların bir qisminə riayət etsəm də oruc tutmuram. Bu
günədək heç vaxt oruc tutmamışam”.

“Qorxmaz
müəllimin oruc tutub-tutmadığını bilmirəm”-deyən, “Azərsu” ASC-nin
İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı özü barədə
bunları söylədi:

“2 ay əvvəl əməliyyat olunduğuma görə oruc
tuta bilmirəm. Həyatım boyu təxminən 3-4 dəfə oruc tutmuşam. Namaz
qılmasam da araq da içmirəm, siqaret də çəkmirəm”.

Səhiyyə
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bu sualın şəxsi
həyatla bağlı olduğunu düşünüb, nazirlə bağlı cavab vermək istəmədiyini
bildirdi. Özünün oruc tutub-tutmamasını xəbər aldıqda isə tutduğunu
söylədi.

Təhsil Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Cəsarət Valehov nazir Mikayıl Cabbarovun oruc tutub-tutmaması
barədə danışmaq istəmədiyini dedi.

Millət
vəkili Zahid Oruc isə “Mən ömürlük orucam”-deyə, soyadının bu sualla
yaxınlıq təşkil etdiyini söylədi: “O vaxt namizədliyim ərəfəsində “Dində
mübarək oruc, namizəddə Zahid Oruc” – deyə, şüar tərtib edilmişdi. O
vaxt istəyən-istəməyən xeyli insan üstümüzə gəlmişdi. Halbuki bu, sırf
piar texnoloqlarının işlədiyi üsul idi. İndi bu sualı verdiniz, o
zamanlar yadıma düşdü. Ümumən isə oruc tutanlara dəyər verirəm. Çevrəmdə
namaz qılan, oruc tutan adamlar mövcuddur. Mən isə sırf işimlə əlaqədar
olaraq oruc tutmuram. Özümü gələcək perspektivdə oruc tutmaqdan da
kənar görmürəm. Mənə görə həyatını doğru-dürüst yaşayan insanlar elə
oruc tutanlara bərabərdir”.(musavat.com)

 
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=9457

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31